Modern.az

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

21 Oktyabr 2018, 09:15

ABŞ-ın Lonq-Aylend adasında (Nyu-York ştatı) təkmühərrikli "Piper Pa-28" təyyarəsi avtomobil yoluna enib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb, təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi.

 

Eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb. Pilot təyyarəni avtomobil yolunda saxlaya bilib.

ABŞ-ın federal aviasiya idarəsi insidentlə bağlı araşdırmaya başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi