Modern.az

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

21 Oktyabr 2018, 10:17

 

İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

 

***

saat 09:27

 

İmişli rayonunda meyit tapılıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Hazırda ərazidə müayinə işləri aparılır. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər