Modern.az

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

21 Oktyabr 2018, 10:19

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda aqrar  təsərrüfatı ilə məşqul olan bir qrup seçiciləri ilə feyxoa bağında görüşüb.

  
Yeni feyxoa bağı salan kənd adamları deputatı əkin sahələri ilə tanış edib, problem və qayğıları ilə bölüşüb.

      
Mütəmadi olaraq öz seçiciləri ilə görüşən millət vəkili, bu dəfə də dövlətin kənd təsərrüfatına diqqət və qayğısından, prezident İlham Əliyevin aqrar bölməyə çox önəm verməsindən söhbət açıb. O qeyd edib ki, son bir il ərzində Prezidentin Lənkəranda keçirdiyi iki görüşdə çəltikçilik və sitrus meyvələrinin becərilməsi məsələsi önə çəkilib, qarşıya ciddi vəzifələr qoyulub.  Feyxoa meyvəsinin insan orqanizminə müsbət təsirindən, bu meyvənin ölkəmizdə yetişdirilmə təcrübəsindən və xarici ölkələrə gələcəkdə kütləvi ixracından danışıb.

       
Görüşdə iştirak edən aqrar sahə işçilərindən Səxavət Əliyev, Məhərrəm Hüseynov, Taisə Hüseynova və başqaları ilk öncə onlarla görüşüb maraqlandıqları üçün millət vəkilinə öz təşəkkürlərini bildirib, onları maraqlandıran suallar vermiş və aldıqları cavabdan razı qalıb.

     
 Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır