Modern.az

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR

21 Oktyabr 2018, 13:34

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) anatomiya və patoloji anatomiya muzeylərində 2 minə yaxın eksponat saxlanılır.

 

Bu barədə Modern.az-a ADAU-nun dosenti, baytarlıq üzrə fəlsəfə doktoru Ehkam Əliyev məlumat verib.

E.Əliyev bildirib ki, heyvanlarda rast gəlinən patologiya dərhal konservləşdirilir və əyani vəsait kimi muzeydə saxlanılır:

“Nümunələrin bəzi hissəsi keçmiş sovet dövründən qalıb, bəzilərini özümüz tapmışıq. Hazırda inkişaf ptalogiyası ilə doğulan heyvanlara da rast gəlinir: bəziləri ikibaşlı, bəziləri beş ayaqlı, hətta anussuz doğulanlar olur və s. Müasir dövrdə bu cür patalogiya ilə doğulmaların səbəbi ekoloji pozğunluq, radiasiya, qlobal istiləşmə, toksiki maddələrin çoxalması və s.dir”.

 

ADAU-nun patoloji anatomiya muzey keçən əsrin 40-50-ci illərində professor Ə.M.Xəlilov və dosent F.İ.Namazov tərəfindən yaradılıb.

ADAU-nun dosenti deyib ki, muzeydə saxlanan eksponatların içərisində mulyaj yoxdur:

“Onların hamısı canlı insandan, heyvanlardan götürülən materiallardır:

“Eksponatları müxtəlif yollarla əldə etmişik. Bəzilərini tələbələr, fermerlər gətirib. Sovet hökumətinin vaxtında tələbələr ət kombinatına aparılırdı. Orada maraqlı materiallar görəndə dərmanın içərisinə qoyub muzeyə verirdilər. Yaxud heyvan yararkən maraqlı dəyişiklik gördükdə onu muzey eksponatı kimi saxlayırıq. Muzeydə pataloji anatomiyanin bütün sahələrini əhatə edən çoxlu sayda maraqlı eksponatlar toplanıb. Burada nekrozlara, atrofiyalara , qan dövranı pozğunluqlarına, şişlərə, iltibahlara, infeksiyon və invaziyon xəstəliklərə aid eksponatlar var. Keçmiş SSRİ-də belə muzey az sayda institutda vardı. Kafedranın əməkdaşları tərəfindən muzeyin əyani vasitələrlə və eksponatlarla zənginləşdirilməsi indi də davam edir”.

 

E.Əliyev anatomiya muzeyində saxlanılan 5 aylıq embrionun skeletilə bağlı da məlumat verib:

“O skelet Sovet dövründə Moskvadan alınıb. Həmin dövrdə muzey üçün materiallar hazırlayan fabrik vardı. Amma bu, real embrionun skeletidir.

Əvvəllər muzey kiçik bir otaqda yerləşirdi. Hazırda ADAU-nun rektoru İbrahim Cəfərovun şəxsi təşəbbüsü və rəhbərliyi altında muzey yeni təmirdən çıxıb, müasir tələblərə cavab verən binaya köçürülüb. Binada dörd otaq var. Bunlardan biri muzey üçün ayrılıb, digərlərində heyvan cəsədlərini yarmaq üçün prozektoriya, muzey pereparatları hazırlamaq və reaktivləri saxlamaq üçün köməkçi otaq və sanitar qovşaq yerləşir.

Muzeydən əsasən anatomiya fənninin tədris edilməsi üçün istifadə edilir. Mühazirə dərsləri kompyüter və proyektorlardan istifadə etməklə interaktiv formada aparılır. Laboratoriya dərsləri isə mikroskoplardan və makroskopik muzey aparatlarından istifadə etməklə yerinə yetirilir. Burada patoloji antomiyanın bütün sahələrini əhatə edən eksponat var. Tələbələr əvvəlcə patoloji prosesə aid olan histoloji preparatın quruluşunu öyrənirlər. Bunun üçn müasir mikroskoplardan istifadə olunur. Sonra həmin patoloji prosesə aid olan makroskopik muzey preparatlarının üzərində tədris davam etdirilir. Lazım gəldikdə tələbələrə proyektor vasitəsilə dərsin mövzusuna uyğun olan rəngli şəkillər və diafilmlər göstərilir. Patoloji anatomiya muzeyindən magistranlar, doktorantlar və digər elmi işçilər də istifadə edir”.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi