Modern.az

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı

21 Oktyabr 2018, 14:49

Astara rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın"Report"a istinadən məlumatına görə, hadisə Lənkəran-Şahağacı-Astara yolunun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə lınıb.

1995-ci il təvəllüdlü Astara şəhər sakini Şərbətzadə Fərid Fəqan oğlunun idarə etdiyi  "Mercedes" markalı "10-RS-688" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini divara vurub. Bundan sonra maşında yanğın baş verib. Avtomobil yanıb. Nəticədə sürücü və daha iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Vəziyyəti daha ağır olan sürücü, həmçinin sərnişinlərdən biri - 1995-ci il təvəllüdlü Rəsulov Ələkbər Fərhad oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı