Modern.az

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

21 Oktyabr 2018, 18:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Modern.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun lokal sahədə yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...