Modern.az

Gənc qadın jurnalistin meyiti tapıldı

Gənc qadın jurnalistin meyiti tapıldı

21 Oktyabr 2018, 20:18

Qazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb. Modern.az  "Sputnik"ə istinadən xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.

 

Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları "Facebook"da məlumat veriblər.

 

Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

 

Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi