Arxiv
21 Oktyabr 2018, 22:14 | AKTUAL
Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında

Ukraynanın nüfuzlu “KievVlast” İnformasiya Agentliyi(www.kievvlast.com.ua) və Qazaxıstanın tanınmış “Kazak News” İnformasiya Portalı(www.kazaknews.kz) Bakı şəhərinin “EKSPO 2025” Ümumdünya sərgisinə ev sahibliyi üçün namizədliyindən yazıb. Modern.az-ın məlumatına görə,  Ukrayna və Qazaxıstan mediasına açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, “EKSPO 2025”i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var.

 

F.Şahbazlı açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır: “Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın paytaxtı Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyi irəli sürülüb. Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunması Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsinə imkan verir”.

 

F.Şahbazlı, həmçinin, qeyd edib ki, “Azərbaycan 2000-ci ildən etibarən “EKSPO” hərəkatının fəal üzvüdür:

 

“Ölkəmizin pavilyonları son üç sərgidə – 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. “Azərbaycan Qlobal Humanitar Forum, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula-1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı Prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə qazanıb. Eyni zamanda, Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkədir. Bütün bu səbəblər “EKSPO 2025”in Azərbaycanda yüksək səviyyədə keçirilə biləcəyinə tam zəmanət verir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53