Modern.az

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

21 Oktyabr 2018, 22:27

Krımın Kerç şəhərində yerləşən kollecdə baş vermiş silahlı insidentin video görüntüləri yayılıb. Modern.az xəbər verir ki, "Vesti Krım"ın yayımladığı kadrlarda Vladislav Roslyakovun tələbə və müəllimlərə atəş açdığı görünür.

 

Videoyazıda, həmçinin kollecin otaqlarından birində partlayışın nəticələri müşahidə olunur.

 

Bundan əvvəl Kerç Politexnik Kollecində partlayış törətməkdə və atəş açmaqda şübhəli bilinən Vladislav Roslyakovun valideynlərinin cərimə ediləcəkləri məlum olub.

 

Virtualaz.org onu da xatırladır ki, video əvvəlcə rəsmi "Vesti Krım” və "Rossiya 24" “youtube” kanallarında yayımlanmışdı, amma sonradan silindi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir