Modern.az

Bakıdakı restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO

Bakıdakı restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO

21 Oktyabr 2018, 23:27

Bakıda kafelərin birində müştərilərə oxatan kirpi əti verilib. Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək “YouTube” portalına yüklənib.

Görüntülərdə onlar kirpi kababının dadlı olduğunu deyirlər.

Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.

Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli müddət əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib.

Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı “Qırmızı kitab”a salınıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır.

Vətəndaşlar bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat versinlər.

Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?