Modern.az

“Aprel döyüşləri”nin iştirakçısının meyiti tapıldı  

“Aprel döyüşləri”nin iştirakçısının meyiti tapıldı   

Aktual

22 Oktyabr 2018, 08:21

Ermənistanın Lori vilayətinin Alaverdi şəhərində 2016-cı ilin “Aprel döyüşləri”ndə iştirak etmiş gəncin meyiti tapılıb. Polis bölməsinə Çuxadjyan-36 ünvanında cəsədinin tapıldığına dair siqnal daxil olduqdan sonra araşdırma aparılıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, müstəntiqlərin araşdırmasından sonra meyiti tapılan şəxsin 21 yaşlı şəhər sakini Sanasar Simonyan olduğu müəyyənləşib. Cəsədin vanna otağında tapıldığı bildirilir.

 

Məhkəmə tibb ekspertinin ilkin rəyinə görə, cəsəddə zorakılıq əlamətləri aşkar olunmayıb. İlkin məlumatlara görə S. Simonyan ürək çatışmazlığı səbəbindən ölüb. Fatla bağlı araşdırma davam etdilirir.

Verilən məlumata görə, “Aprel döyüşləri”ndə iştirak etmiş S. Simonyan işğal altındakı Qarabağın ən "qaynar" nöqtələrindən birində xidmət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı