Modern.az

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

22 Oktyabr 2018, 12:14

ABŞ-ın Rusiyanın qonşuluğunda atdığı istənilən addım Moskvanın narahatlığına səbəb olur.

 

Modern.az  xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov açıqlama verib. Onun fikrincə, Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz səfəri də Kremlin diqqətlə izlədiyi hadisədir.

 

“Gürcüstanın NATO üzvlüyünə çalışması Moskvanı narahat edir. Digər tərəfdən, rəsmi Tbilisi Vaşinqtonla ikitərəfli hərbi-siyasi əməkdaşlığı da genişləndirir”.

Markedonovun fikrincə, Azərbaycan öz enerji resursları ilə ABŞ-ın diqqətindədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Moskvaya rəqib göstərilir.

 

Ekspert Yerevanın Rusiyanın hərbi-siyasi təsiri altında olduğunu vurğulasa da, narahatlıq üçün əsasların olduğunu da xatırladıb.

“Ermənistanın başında kütləvi etirazlara rəhbərlik etmiş eksentrik və xarizmatik lider durur. Və Moskva bu işdə Qərbin əlini görür”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır