Modern.az

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi

22 Oktyabr 2018, 12:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...