Modern.az

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı

22 Oktyabr 2018, 12:49

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə və xəsarətlə nəticələnmiş yol qəzaları törədərək hadisə yerindən yayınan sürücülər müəyyən edilərək saxlanılıblar.

   

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yolu keçən piyadanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində ölməsi barədə 10-cu polis bölməsinə məlumat daxil olub. 

 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və həmin şəxsin qəsəbə sakini Süleyman Nəbiyev olduğu müəyyən edilib. 

 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “Daewoo” markalı 211 saylı xətt avtobusunun sürücüsü, Bakı şəhər sakini Fərhad Ağayev müəyyən edilərək saxlanılıb.

   

Oktyabrın 20-də saat 20 radələrində Abşeron rayon Polis idarəsinə Saray qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibovun müəyyən edilməmiş avtomobillə vurulması və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın “Mitsibishi” markalı avtomobillə törədildiyi, sürücünün isə hadisə yerindən yayındığı müəyyən edilib. 

 

Görülmüş tədbirlərlə Bakı şəhər sakini Vüqar Cumayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?