Modern.az

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat  

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat   

22 Oktyabr 2018, 12:58

Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş təhsil xərclərinin həcmi məlum olub.

 

Modern.az saytının məlumatına görə, bu barədə 2019-cu il dövlət və icmal büdcəsi haqqında qanun layihələrində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu il dövlət  büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat proqnozlaşdırılır.

Xatırladaq ki, 2018-ci il dövlət  büdcəsinin təhsil sektoru üzrə xərcləri 2.043.989.508 manat olub.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır