Modern.az

Deputat seçiciləri ilə görüşdü

Deputat seçiciləri ilə görüşdü

22 Oktyabr 2018, 14:23

37 saylı Nizami I (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşüb.

Modern.az xəbər verir ki, mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlan millət vəkili bu dəfə də seçiciləri ayrı-ayrılıqda qəbul edib. Səmimi şəkildə keçən görüşdə Pərvin Kərimzadə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıb, lazımi köməklik göstərəcəyini bildirib.

Seçicilərin məşğulluq, hüquqi, tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı müraciətlərinin bəziləri yerindəcə həllini tapıb. Eyni zamanda araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, digər məsələlərin icrası istiqamətində də müvafiq addımların atılacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi