Modern.az

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ  

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ   

22 Oktyabr 2018, 15:10

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından daha çoxdur.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

 

Onun sözlərinə görə, dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəbləri üst-üstə düşür:

“Son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qeyri-infeksion xəstəliklərə daxil olan 4 xəstəlik sinfi üzrə xəstələnmə halları nisbətən artıb. Anoloji olaraq, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə yoluxma halları var.

Ümumilikdə xəstələrin ölüm səbəblərinə görə xəstəliklər aşağıdakı kimi təsnifatlandırılır.

Birinci yerdə qan dövranı sistemi (ürək-damar) xəstəlikləri, ikinci yerdə bədxassəli yeni törəmələr (xərçəng şişləri), üçüncü yerdə travma və zəhərlənmələr, dördüncü yerdə həzm sistemi xəstəlikləri, beşinci yerdə tənəffüs və endokrin sistemi (şəkərli diabet) xəstəlikləri azərbaycanlıların əsas ölüm səbəbləridir”.

S.Əhmədova bildirib ki, daha çox ölüm səbəbi olduğundan Azərbaycanda ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi hər zaman aktuallığını saxlayır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir