Modern.az

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

22 Oktyabr 2018, 15:17

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsi elan edib.


Modern.az xəbər verir ki, müsabiqəyə mənəvi dəyərlərin təbliği, qorunması, inkişafi, eləcə də, Azərbaycançılıq ideologiyası ilə bağlı məqalələr göndərilə bilər.

“Eyni zamanda, ulu öndər  Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr də qəbul olunur”,-deyə müsabiqənin təşkilatçıları bildiriblər.

Kriteriyalar:

  • Ø Məqalə innovativvə əhatəli olmalıdır;
  • Ø Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
  • Ø Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində);
  • Ø Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;
  • Ø Elektron portalda dərc edilərsə:A4 formatlı vərəqdə (Times New Roman 14 şrift)çap olunmalı və link əlavə edilərək Fonda təqdim edilməlidir.

 

Mükafat:

          I yer  -  400 AZN  (1 nəfər)

          II yer -  300 AZN  (2 nəfər)

          III  yer – 200 AZN (3 nəfər)

          Hər biri 100 AZN olmaqla 5 həvəsləndirici mükafat

 

          Müsabiqənin müddəti: 22 oktyabr – 22 noyabr 2018-ci il

          Əlaqə:

          Tel: (012) 464-92-53

          E-mail: [email protected]

          Ünvan: Bakı şəhəri, Ə.Cavad küç. 16; Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə) 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir