Modern.az

İlham Əliyev Fransada rəsmi səfərdədir

İlham Əliyev Fransada rəsmi səfərdədir

8 Dekabr 2009, 21:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Fransa Respublikasına rəsmi səfərə gəlib. (AzərTAc).
Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Hərbi orkestrin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlətimizin başçısı fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.  
İlham Əliyev dekabrın 8-də Parisdə onun üçün ayrılmış iqamətgahda GDF Seuz Şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan-Fransua Sirelli ilə görüşüb. Görüşdə Azərbaycan ilə GDF Seuz Şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu şirkət artıq Azərbaycanda fəaliyyət göstərir, müəyyən layihələrdə digər şirkətlərlə birgə iştirak edir, eyni zamanda, yeni imkanlar da axtarır. Görüşdə Nabukko layihəsi, təbii qaz sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır