Modern.az

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV  

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV    

22 Oktyabr 2018, 15:56

Milli Məclisin İntizam Komissiyasının üzvlərinin sayı artırılır.

Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə (İntizam komissiyası) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 9 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Hazırda isə İntizam komissiyasının üzvlərinin sayı 7 nəfərdir.

 

Hazırki qanunvericilik aşağıdakı kimidir:

Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir.

Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...