Modern.az

Müəllimin başına silah dayayan şagird həbs olundu

Müəllimin başına silah dayayan şagird həbs olundu

22 Oktyabr 2018, 16:50

Videosu sosial şəbəkələrdə yayılan məktəbli saxlanılıb.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, müəllimin başına silah dayayarkən çəkilmiş görüntüləri sosial şəbəkədə yayılan 15 yaşlı oğlan saxlanılıb.

 

Görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra ölkədə qalmaqal yaradıb.

 

Oğlanın adı qanuni səbəblərə görə açıqlanmır.

 

Oğlan videoda müəllimin başına silah dayayıb və özünü onu öldürürmüş kimi göstərib. Müəllim isə təmkinli halda yazısını yazmağa davam edib. 

Müəllim daha sonra şagirdin valideynini də çağıraraq onu polis bölməsinə aparıb. Videoda üzü görünməyən oğlan bildirib ki, əlindəki tapança saxtadır və məqsədi, sadəcə, zarafat etmək olub.

 

O, hətta silah saxta olsa belə, hədə-qorxu gəldiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Parisdəki Brenli məktəbində baş verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...