22 sentyabr 2018, Şənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Deputat Hadı Rəcəbli ilə FOTOSÖHBƏT
Deputat Hadı Rəcəbli ilə FOTOSÖHBƏT
25.10.2017, 10:43

Bu gün Milli Məcliisn Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin doğum tarixidir. Modern.az saytı komitə sədrinin 70 illik yubilyeyini nəzərə alaraq, onunla əvvəlki tarixlərdə yayımlanmış "Fotosöhbət" layihəsini təkrar təqdim edir.
 

Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Siyasi elmlər doktoru, professordur. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinski raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Birinci, ikinci, üçüncü, dördünü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədridir. təmsil olunur.

Evlidir, 4 övladı var.

Valideyn adama hər zaman lazımdır. Bir yaşında da, altmış yaşında da ... Onlarla bir yerdə adam özünü çox güclü və xöşbəxt sanır.


Anamın arzusu olub mənə Boston kostyumu geyindirmək. Bax həmin kostyumlu oğlan mənəm. Məncə pis yaraşmır...  


1957-ci il. Pirşağıdakı pioner düşərgəsi. Aşağıda soldan ikinci mənəm...


Tale elə gətirdi ki, balaca vaxtlarımdan ailəmizin qayğıları həm də mənim də üzərimə düşdü. Odur ki, kiçik yaşlarından çörək zavodunda fəhlə işləməli oldum.



Boş dayanmağı sevmirəm və lap kiçik yaşlarından fəal olmağa çalışmışam. Pioner və komsomol fəalı olmuşam.


Bu şəkildə gördükləriniz  o dövrdə Lənkəranın say-seçmə cavanları idi.


1970-ci illərin ortalarında Lerikdə yaşayan 145 yaşlı Şirəli Müslümov dünyanın ən qocaman sakini idi.


Əsgərlik illərindən bir xatirə...


Mehriban xanımla nişanlı olduğumuz vaxtların şəklidi...



1972-ci il... İyul ayıının 4-ü... Səadət sarayında...

1975-ci il. Gənc ailə, ilk övladlar...

 
Qucağımdakı körpə oğlum Turaldır. Burada ailəmiz tam tərkibdədir...


Hər kəsin həyatında qayğılı anlar olur. Həmin qayğılı anların birində lentə alınıb bu şəkil.


Düz 25 ildən sonra sinif yoldaşlarımız toplaşdı...Yaman dəyişmişik bu 25 ildə.  


Şəki partiya komitəsinin birinci katibi işlədiyim vaxtlarda. O zaman indiki ədliyə nazirimiz Fikrət Məmmədov  respublika prokurorunun müavini idi. 



“Raykom” katibi kimi Kiyev şəhərindəki hərbi siyasətçi zabitlər hazırlayan iki aylıq kurslardan xatirə.


Ədliyyə naziri Fikrət Məmmədovla 25 il sonra.



Mixael Zabelinlə tanışlığımızın tarixi var. Uzun illər talelərimizin kəsişdiyi çoxlu və rəngarəng anları var.


Tale elə gətirib ki, özümdən yaşca xeyli böyük insanlarla birgə çalışmışam... Şəkidə “raykom” katibi olarkən dağ kəndlərindən birində.


Vaxt tapaıb yaradıcı insanlarla ünsiyyət qurmaq mənə çox şey verir.



Bu şəkildə Şəkidə “raykom” işlədiyim vaxtlardı. Yəqin ki, rəhmətlik Bəxtiyar Vahabzadəni, Həsən Həsənovu, Şirməmməd Hüseynovu tanıdınız.  



Şəki daim qonaqlı-qaralı şəhər idi. Tanısanız bu insanlar o dövrün ən məhşur siyasətçiləri idilər...


Ulu öndərimiz  Heydər Əliyev qaçqın, köçkün problemləri ilə bağlı məni tez-tez rəsmi görüşlərə dəvət edirdi.



LUKOYL-un prezidenti Vahid Ələkbərovla birlikdə. Sabiq millət vəkili Asya Manafovanın ona sözü var.


Qaçqınlara və köçkünlərə yardım etmək üçün Ərəb Beynəlxalq Təşkilatlarından yardım tapıb təyyarə və helikopterlərlə çadır düşərgələrinə daşımaq olduqca çətin iş idi...



Murtuz Ələsgərov Milli Məclisin sədri olan zaman keçirilən tədbirlərdən biri...


Özümü hər zaman Heydər Əliyevin əsgəri sanmışam.



Türkiyənin 11-ci prezidenti Abdulla Güllə ötən günlərdən kiçik xatirə.


Milli Məclisin sədri cənab Oqtay Əsədov deputatları hər zaman təmkinlə dinləyir.


Elçin Əfəndiyevlə xaricə səfərlərin birində növbəti təyyarə reysini gözləyərkən.



Həmişə düşünürəm ki, Əli müəllim bu qədər enerjini haradan tapır.


Məkkədə ziyarətdə olarkən... İman sahibi üçün Məkkə zayarəti ən unudulmaz tale anlarından biridir.


Sevimli xalq şairimizlə - Zəlimxanla Yaqubla...


Partiyamızın xalq arasındakı nüfuzu Heydər Əliyev siyasətinin təntənəsidir.


Ağadadaş Ağavey istənilən toyda yoldaşımla məni birgə görən kimi “Yarı məndə, yarı səndə” mahnısını ifa edir.


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ağıllı, təmkinli və çox sadə insandır.


Türkiyənin tanınmış ictimai-siyasi xadimi İhsan Doğramacı ilə çəkilən şəkillərdən biri...


Prezidentimizin arxasında durmaq həm şərəfli, həm də məsuliyyətlidir. Tarixə düşən bu xoşbəxt an Lənkəran Dövlət Dram Teatrının təmirdən sonra açılışında lentə alınıb.


“Palıdı sahil”də yorğunluğum tez çıxır. Əzizlərin, doğmaların yanındadırsa, niyə də belə olmasın..


Dostum Hüseynbala Mirələmovla orta məktəbdə də, tale elə gətirdi ki, yarım əsrdən sonra Milli Məclisdə də bir masa arxasında oturduq...


Mən nəvələrimin də idmanla mütəmadi məşğul olmasına ciddi fikir verirəm...


Axırki bütün ailə üzvləri tam tərkibdə bir yerə toplaşa bildi. 11.08.2010.


“Altı övlad, altı söhbət”... Rəhmətlik anam qardaş-bacı bir yerdə olanda mütləq xatirə şəkli çəkdirərdi.


Bu şəkildə oğlanlarım, qızlarımdır. Bir yerə toplaşan kimi xatirə üçün mütləq şəkil çəkdirmək təklifi olur...


Sərbəst geyinməyi çox xoşlayıram...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Elman Eldaroğlu
24.10.2011, 23:22

Hörmətli Hadi müəllim! "Yardımlı Xeyriyyə Cəmiyyəti" Sizi 64 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayır. Biz həmişə Sizi izləyir, Sizinlə fəxr edirik. Xeyirxah, imanlı, ləyaqətli bir kişi olduğunuz üçün dünyanın ən yaxşı nemətlərinə layiqsiniz.

J E S
25.10.2011, 08:11

HADI m ad gununuz munasibetile tebrik edirem. Size uzun omur, can sagligi arzulayiram. Hemisha bela cavan qalib shux gorunesiniz. Bir daha en semimi tebrikler

Fərəh
25.10.2011, 12:06

Maraqlı silsilə alınıb

Sənan Həsənov
25.10.2011, 14:04

Hadi müəllim ad gününüz mübarək!!! allah sizə can saqlıqı versin. AMİN!!!

Mürtəza Bünyadlı
01.11.2011, 16:29

Hadı müəllim mən də əvvəla Sizi ad gününüz münasibəti ilə təbrik edirəm. allahın sizə bəxş etdiyi ömrü can sağlığı, ailə xoşbəxtliyi, həmçinin bundan sonrakı ömrünüzün də bu günəqədərki, ömrünüz kimi maralı və mənalı olmasını arzulayıram. Təbii ki, çox maraqlı bir ömür yoludur və bizlər də parlament müxbiri olaraq sizə həyatınızın bundan sonra da belə davam etməsini arzulayırıq. Sükanı bax belə saxla HADI MÜƏLLİM!!! SİZƏ bax bu yaraşır.

sel
14.11.2011, 15:17

http://www.dayaq.org/index.php?actionstatic_detail&static_id58294 http://profliqa.blogspot.com/2011/11/deputat-hadi-rcbli-il-fotosohbt.html

MM
18.11.2011, 09:26

Her birinda bir obraz canlanir. Manca Hadi Recebli xoshbextdir.

Гюнель Алиева
23.04.2012, 17:24

Hadi Recebli сиза Узбекистандан чохлу чохлу саламлар.

sevinc
28.02.2013, 22:16

salam hormetli ve xalgin sevimlisi olan Hadi Recebli!wekillerinize seve seve baxdim allah rehmete gedenlernize rehmet galanlariniza uzun menali saglam bir omur bexw etsin sizin hagda artig daniwanlarin yazilarinda oxuuwam facebookda eh el misali sumuksuz dildir goy daniwsinlar biz eslinde ziyalilarimizi sevmeli ve onlar hagda gozel duwuncelerde olmaliyig sizin yaxin dostunuz sizi axtarir sizle nece elage saxlaya bilerem?

Nofəl Bağırov
25.10.2017, 11:11

Zəlimxan Yaqubun şeri XIRDALAMA, İLAHİ, HƏMİŞƏ BÖYÜT BİZİ Bir-iki kəlmə dua, beş-altı kəlmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə, Qızını doğma bacı, oğlunu qardaş elə. İnsanlığı unutsaq, bağrımızı daş elə, Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi. Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi. Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüt bizi. Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi. Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi

Beyləqanda 196 ağac yandırıldı
22.09.2018, 14:49

Beyləqanda 196 ağac yandırıldı

Hatayda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22.09.2018, 14:33

Hatayda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22.09.2018, 14:26

Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər

Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb
22.09.2018, 14:00

Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb

Azərbaycan XİN-i: “Yuri Xaçaturov vəzifəsindən sui-istifadə edib”
22.09.2018, 13:47

Azərbaycan XİN-i: “Yuri Xaçaturov vəzifəsindən sui-istifadə edib”

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI
22.09.2018, 13:35

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
22.09.2018, 13:24

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

İrandan terror hücumuna görə ABŞ-a İTTİHAM 
22.09.2018, 13:17

İrandan terror hücumuna görə ABŞ-a İTTİHAM 

Astarada naringi bağlarında zərərvericilər məhv edilir
22.09.2018, 13:15

Astarada naringi bağlarında zərərvericilər məhv edilir

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir
22.09.2018, 13:09

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU
22.09.2018, 12:51

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib
22.09.2018, 12:43

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

ARXİV