Modern.az

Qanunsuz ağac kəsimi aşkarlandı

Qanunsuz ağac kəsimi aşkarlandı

22 Oktyabr 2018, 22:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Yevlax rayonu ərazisində "Kamaz" markalı 20 DC 991 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 26,6 kub metr həcmində fıstıq cinsli işlik meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi Oğuz rayon sakini Vüqar Məmmədov barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2832,90 manat məbləğində ziyan tətbiq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı