Modern.az

Azərbaycanlı avtoritetin qətl anı – VİDEO 18 +

Azərbaycanlı avtoritetin qətl anı – VİDEO 18 +

22 Oktyabr 2018, 22:16

Rusiyada Azərbaycan vətəndaşı amansızlıqla qətlə yetirilib. Modern.az xəbər verir ki, hadisə Moskvanın cənubunda törədilib. Əslən azərbaycanlı olan, kriminal aləmdə “Maqa Ağcabədili” kimi tanınan Məhəmməd Əlinin qətlə yetirildiyi anın görüntüləri müşahidə kameralarına düşüb.

 

Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, hadisə Moskvanın cənubunda Azovski küçəsində baş verib. Kadrlarda skamyada əyləşən iki kişinin söhbət etdiyi, daha sonra onlardan birinin digərinə bıçaqla çoxsaylı zərbələr endirdiyi görünür.

 

Hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən qatilin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir