Modern.az

Universitetdə qarşıdurma

Universitetdə qarşıdurma

22 Oktyabr 2018, 22:41

Yunanıstanda universitetə giriş imtahanında planlaşdırılan dəyişiklikləri etiraz edən lisey şagirdləri Təhsil və Din İşləri Naziri Kostas Gavroğlunun ofisini işğal etdi. Modern.az xəbər verir ki, Yunanıstan Təhsil və Din İşləri Nazirliyi qarşısında toplanan yüzlərlə şagird universitet imtahanında edilən dəyişikliklər haqqında qanun layihəsini və orta təhsil problemlərinə etiraz edib.

 

Polis baryerindən keçən gənclərin bir qrupu  nazirliyin həyətinə, bir qrupsa  Gavroğlu ofisinə girərək işğalla etiraza başlayıb.

 

Öz etirazlarını nazirlikdə davam etdirəcəklərini deyən şagirlər problemlərini birbaşa Gavroğluya bildiriblər. Etirazçılar "orta təhsilin əmək gücü bazarında mal istehsal edən fabrikə çevriləcəyini" irəli sürüb.

 

Problemləri dinləyən Gavroğlu və şagirdlər arasında zaman-zaman mübahisələr də yaranıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir