Modern.az

Türkiyə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir

Türkiyə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir

Dünya

22 Oktyabr 2018, 22:44

Türkiyə müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin pisləşməsinə səbəb olmasını istəmir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın jurnalistlərə bildirib.

 

İ.Kalın bildirib ki, ictimaiyyətdən gizli heç nə (Qaşıqçı işi üzrə) olmayacaq, bizim əsas məqsədimiz - hər şeyin araşdırılmasıdır: “Heç bir ləkənin qalamması üçün Səudiyyə Ərəbistanı ilə birgə işləmək lazımdı. Amma biz istəmirik ki, bu, çox sayda layihələrimiz və əməkdaşlıq sahələrimiz olan Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin üzərinə kölgə salsın. Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir, ona görə də proses çox həssas gedir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar