20 noyabr 2018, Çərşənbə
Ana Səhifə - - Məşhur diplomatlardan Dövlət Komitəsi ilə bağlı AÇIQLAMALAR  
Məşhur diplomatlardan Dövlət Komitəsi ilə bağlı AÇIQLAMALAR  
23.10.2018, 09:20

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə son günlər bir sıra xarici ölkələrdə azərbaycanlıları birləşdirən qurumların Koordinasiya Şurası yaradılır. Artıq Almaniya, İsveçrə, Fransada yaşayan soydaşlarımızın Koordinasiya şuraları fəaliyyət göstərir.

Baxmayaraq ki, Dövlət Komitəsi 25 ildir mövcuddur, amma ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti belə koordinasiya  olunmayıb. Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar  komitə ilə paralel şəkildə addımlaya bilməyib. Təbii, bu işdə soydaşlarımız arasında “günah keçisi” axtarmağa da dəyməzdi. Çünki “başsız atlı” heç vaxt  aydınlığa vara bilmir.

Nəhayət, komitəyə son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan diaspor təşkilatları bir araya gətirilir.

Xaricdə yaşayan soydaşlarımızın  aydınlığa çıxa bilməsi üçün vahid mərkəzdən paralel mexanizm şəbəkəsi yaratmağa nail olunur.
 

Koordinasiya Şurasının yaradılmasında məqsəd nədir?

Elə buradan başlayaq. Xarici ölkələrdə yaşayan  azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir. Məsələn, Ukraynanı götürək. Orada 100-dən artıq diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa özəl günlərdə ayrı-ayrılıqda tədbirlər keçirir. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı sıyqırımını, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermir.

Elə buna görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur. Çünki birgə və bərabər addımlamaq, bütövləşmə baryerini aşmış olacaq.


Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov
 deyib ki, xaricdəki diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması çox vacibdir:


“Hesab edirəm ki, bu, çox yaxşı addımdır. Çünki dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Amma çox istərdim ki, bu işi Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi birgə həyata keçirsin. Belə olan təqdirdə hər iki qurum biri-birilə bağlantı yaradacaq. Həmçinin,  Koordinasiya şuralarınəın yaradılması çox vacibdir. Koordinasiya Şurası təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizin fəaliyyəti çox genişdir. Onların xarici ölkələrə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Diaspor Komitəsi isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.


Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov
 da diaspor təşkilatlarının Koordinasiya şuralarının vacibliyini qeyd edib:


“Doğrudur, azərbaycanlıların Koordinasiya şuralarının fəaliyyəti ilə hələ ki  yaxından tanış deyiləm. Amma onu deyə bilərəm ki, “koordinasiya” sözünün özü müsbət anlam ifadə edir. Ona görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması çox yaxşı haldır. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna ehtiyac var. Diaspor təşkilatları üçün bunun  irəli sürülməsi çox yaxşı ideyadır. Məsələn, tutaq ki, Azərbaycan tarixi ilə bağlı kitab nəşr etdirmək istəyirik. Bu zaman yaxşı olar ki, hər təşkilatın ağsaqqalı ilə məsləhətləşmə aparılsın. Ona görə də bu addımı alqışlayıram. Bu şəkildə yanaşma ümumi işimizin xeyrinədir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu addımını biz xaricdə yaşayan azərbaycanlılar alqışlayırıq”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
20.11.2018, 15:01

“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

Bakıda daha bir marşrutu bağlayırlar
20.11.2018, 14:59

Bakıda daha bir marşrutu bağlayırlar

Uşaqlar ağac əkdilər - FOTOLAR
20.11.2018, 14:57

Uşaqlar ağac əkdilər - FOTOLAR

Azərbaycandakı rektorsuz universitetlər...
20.11.2018, 14:55

Azərbaycandakı rektorsuz universitetlər...

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA
20.11.2018, 14:49

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı
20.11.2018, 14:30

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı

Yerevan Baş katib postunu əldən vermək istəmir - Putinin qərarı həlledici olacaq
20.11.2018, 14:11

Yerevan Baş katib postunu əldən vermək istəmir - Putinin qərarı həlledici olacaq

Bu il yol qəzalarında 618 nəfər ölüb, 1406 nəfət xəsarət alıb
20.11.2018, 14:05

Bu il yol qəzalarında 618 nəfər ölüb, 1406 nəfət xəsarət alıb

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı
20.11.2018, 13:47

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı

Ötən gün Azərbaycan yollarında 5 piyada öldü
20.11.2018, 13:44

Ötən gün Azərbaycan yollarında 5 piyada öldü

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
20.11.2018, 13:41

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alanların məhkəməsi başladı
20.11.2018, 13:37

Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alanların məhkəməsi başladı

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi
20.11.2018, 13:32

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

ABŞ sanksiyaları onları qorxutmur...
20.11.2018, 13:23

ABŞ sanksiyaları onları qorxutmur...

Bakıya 70 yeni avtobus gətiriləcək
20.11.2018, 13:06

Bakıya 70 yeni avtobus gətiriləcək

Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018, 12:57

Diaspor fəaliyyətində qadınların rolu güclənir

Milli Məclis dekabrda ilin son iclaslarını bu tarixlərdə keçirəcək   
20.11.2018, 12:51

Milli Məclis dekabrda ilin son iclaslarını bu tarixlərdə keçirəcək  

Sabahın hava PROQNOZU açıqlandı   
20.11.2018, 12:29

Sabahın hava PROQNOZU açıqlandı  

Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ
20.11.2018, 12:27

Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ

Kanalizasiyadan mal başları, sement kisələri çıxdı - FOTO+VİDEO
20.11.2018, 12:16

Kanalizasiyadan mal başları, sement kisələri çıxdı - FOTO+VİDEO

Milli Qəhrəmanın doğum günüdür
20.11.2018, 12:13

Milli Qəhrəmanın doğum günüdür

Gəncəli deputat: “Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür”
20.11.2018, 12:12

Gəncəli deputat: “Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür”

Bank hesabından 790 manat oğurlayan tutuldu
20.11.2018, 12:11

Bank hesabından 790 manat oğurlayan tutuldu

Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
20.11.2018, 12:07

Tanınmış müğənni Novruz Novruzlu vəfat edib

Bakıda qəza - ölən var
20.11.2018, 11:53

Bakıda qəza - ölən var

Bakı metrosundakı soyğunçular tutuldu  
20.11.2018, 11:48

Bakı metrosundakı soyğunçular tutuldu  

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı
20.11.2018, 11:41

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR
20.11.2018, 11:37

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR

Rusiya Aralıq dənizində hərbi təlimlər keçirdi
20.11.2018, 11:30

Rusiya Aralıq dənizində hərbi təlimlər keçirdi

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı   
20.11.2018, 11:29

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı  

Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR
20.11.2018, 11:16

Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" - ŞİRVANDA
20.11.2018, 11:10

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" - ŞİRVANDA

Əbülfəs Qarayev Nyu-Yorkda...
20.11.2018, 11:07

Əbülfəs Qarayev Nyu-Yorkda...

Azərbaycanda ilk dəfə  bu mövzuda forum keçiriləcək
20.11.2018, 11:06

Azərbaycanda ilk dəfə  bu mövzuda forum keçiriləcək

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir
20.11.2018, 11:05

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

Tovuzda siçanabənzər gəmiricilər məhv edildi
20.11.2018, 11:03

Tovuzda siçanabənzər gəmiricilər məhv edildi

Jurnalistin qətli kral sarayını ikiyə böldü - Yeni vəliəhd seçilə bilər
20.11.2018, 11:00

Jurnalistin qətli kral sarayını ikiyə böldü - Yeni vəliəhd seçilə bilər

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018, 11:00

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır
20.11.2018, 10:37

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır

Azərbaycan nefti ucuzlaşdı
20.11.2018, 10:27

Azərbaycan nefti ucuzlaşdı

Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO
20.11.2018, 10:26

Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO

Dünya çempionu: “Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir”
20.11.2018, 10:20

Dünya çempionu: “Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir”

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var
20.11.2018, 10:06

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var

Siyəzəndə ağır qəza - 2 ölü   
20.11.2018, 10:04

Siyəzəndə ağır qəza - 2 ölü  

Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verdi
20.11.2018, 10:00

Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verdi

Gəncə İcra Hakimiyyətindən faciə ilə bağlı yeni MƏLUMAT: Bir ailə hələ dağıntı altındadır
20.11.2018, 09:59

Gəncə İcra Hakimiyyətindən faciə ilə bağlı yeni MƏLUMAT: Bir ailə hələ dağıntı altındadır

Zakir Həsənov üçtərəfli görüş keçirəcək
20.11.2018, 09:40

Zakir Həsənov üçtərəfli görüş keçirəcək

Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB
20.11.2018, 09:36

Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB

“Şollerin arxivi” Fransanın Kann şəhərində uğur qazandı
20.11.2018, 09:23

“Şollerin arxivi” Fransanın Kann şəhərində uğur qazandı

Azərbaycan millisi üçün həlledici oyun - Komandamız tarix yaza bilər
20.11.2018, 08:57

Azərbaycan millisi üçün həlledici oyun - Komandamız tarix yaza bilər

ARXİV