Modern.az

15 günə 51 min cərimə yazıldı

15 günə 51 min cərimə yazıldı

23 Oktyabr 2018, 12:18

15 gün ərzində ekoloji qanunvericiliyin pozulmasına görə 50 iş üzrə 51.750 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 15 günü ərzində aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən təbiətə vurulan ziyan və qanun pozuntularına görə 187 akt və protokol tərtib olunub.

 

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 40 müddətli “məcburi göstəriş” verilib.

 

Ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 99802,24 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 376 iş üzrə 47296,78 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 30, icra qurumlarına 16, məhkəmələrə isə 3 iş göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi