Modern.az

Bakıda Yaradıcı Gənclərin III Respublika Toplantısı keçirilir  

Bakıda Yaradıcı Gənclərin III Respublika Toplantısı keçirilir   

Aktual

23 Oktyabr 2018, 12:37

Bu gün Bakı şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Prezident yanında Elmin İnkişafı Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının iştiakı ilə Yaradıcı Gənclərin III Respublika Toplantısı keçirilir.

Modern.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təstiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Təbdirdə çıxış edən mədəniyyət Naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycan gənclərinin yaradılıq qabiliyəti olduqca böyükdür.

“Azərbaycan gəncinin yaradıcılıq potensialı heç bir zaman tükənməz. Təcrübəmizə əsaslanıb deyə bilərik ki, Azərbaycan dövləti müxtəlif formalarda yaşayıb-aradıb. Müxtəlif coğrafi məkanlarda yaşasaq da, hər zaman yaradıcıqla məşğul olmuşuq. Azərbaycan mədəniyyəti hər zaman dünyaya öz töhfəsini verib”.

Daha sonra digər rəsmilər çıxış ediblər. Tədbirdə Azərbaycanın müxtəlif yerlərindən 500-dən çox gənc iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!