Əfqanıstandakı koalisiya qüvvələrinin komandaın general Stenli Makkristal Amerika Konqresində çıxış edib. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata əsasən, general bədbin bəyanat səsləndirib. Onun sözlərinə görə, Əfqanıstanda nə qədər ki, Üsamə bin Laden yaxalanmayıb, “Əl-Qaidə”yə qalib gəlmək mümkün olmaycaq. Makkristal qeyd edib ki, Laden Əfqanıstanda kult nümunəsidir və onun varlığı qlobal şəbəkə kimi terroçu təşkilata əlavə cəsarət verir.