Modern.az

Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı

Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı

23 Oktyabr 2018, 14:55

Dünyanın tanınmış robotu “Sofiya” "ASAN Xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. Modern.az xəbər verir ki, o, "ASAN Xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.

 

“Sofiya” robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilər.

 

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya robotu bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.

 

"Sofiya" robotu ölkəmizdə ilk dəfə olaraq 22 oktyabrda İmişli "ASAN Həyat" kompleksinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

 

"ASAN Xidmət" modeli ilə tanış olan "Sofiya" onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu vurğulayıb. Onun nüfuzundan istifadə edərək keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ etməsi ilə bağlı danışıqlar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?