Modern.az

Qanunvericilik və icra orqanlarının saxlanılmasına 800 milyon manat xərclənəcək

Qanunvericilik və icra orqanlarının saxlanılmasına 800 milyon manat xərclənəcək

23 Oktyabr 2018, 15:44

2019-cu il dövlət büdcəsindən qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılmasına ayrılan vəsaitin həcmi müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2019-cu il dövlət büdcəsindən qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılmasına 800.000.000 manat vəsait ayrılacaq.

2018-ci il dövlət büdcəsindən qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılmasına 654.946.388 manat vəsait ayrılmışdı.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir