18 noyabr 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə - MÜSAHİBƏ
Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə - MÜSAHİBƏ +
23.10.2018, 15:59

Dəyərli oxucular! Tanınmış el şairi, şeirləri dillər əzbəri olan kəlbəcərli Əlövsət Saldaşla müsahibəmin girişini dəyərli dostum Rasim Süleymanlının görüşdən sonra yazdığı bir fikirlə başlamaq istəyirəm:

“Gözəl bir gün yaşadıq ömürdən... Unudulmaz, xoş, kövrək bir gün... Kəlbəcər boyda dərdi belinəşəlləyıb, Mərəzənin Təklə kəndinə pənah gətirən, dərdi boyda böyük dayımızı-elimizin, obamızın dəyərli İNSANını, Əlövsət Saldaşı ziyarət etdik... Cismən yoruldum, çünki Süleymana, Siyavuşa, Rövşənə sürücülük edirdim. Əvəzində ruhum dincəldi. Dayımızın halal süfrəsində hər şey daddıq-beçə, katlet, nehrə yağında kartof qızartması, evdə hazırlanmış kompotlar, paxlava, beçə balı, həyətdəki ağacdan toplanmış badam, qoyun pendiri və sair... O süfrədə olanlar tək bunlar deyildi, dostlar. Orada dərd vardı, kədər vardı, hüzn vardı, göz yaşı, titrəyən dodaqlar, qəlbləri göynədən xatirələr, sevinc, gülüş, təbəssüm, iztirab, vətən həsrəti, yurd həsrəti, insana "yaşamalısan" deyən ümid işığı və daha nələr, nələr... Hamısı qarışmışdı bir-birinə... Kimlər gəlmədi o məclisə... Məmməd Araz, Məmməd Aslan, Seyran Səxavət, Zəlimxan Yaqub, babamız-Əlövsət müəllimin atası, nənəmiz-Əlövsət müəllimin anası, o biri dayımız Əbülfət-Əlövsət müəllimin qardaşı, Çərəkdar kəndinin daşı, qayası, otu, alafı, ellikcə kənd camaatı."Tər-tər" çayı o süfrənin ortasından keçdi bu gün... Çıxdıq Laçın qayasına, endik dərəyə, bulaq suyu içdik... Qısa zaman kəsiyində bunları görmək hər adama nəsib olmur, dostlar... İnanmırsız?Möcüzədi, bəli. Möcüzələrə inanmırsınızsa, yolunuzu Təklə kəndindən salın. Biz yaşadıq bu möcüzəni - mən, Süleyman İsmayılbəyli, Siyavuş Əmirli, Rövşən Məmmədov... Dostların çoxu soruşur ki, Rasim, o sizin doğma dayınızdı? Cavabım bu oldu ki, Əlövsət təkcə anamızın qardaşı deyil, o həm atamızın, həm bacımızın, həm qardaşımızın qardaşıdı... “.

 

Modern.az tanınmış Kəlbəcərli şair Əlövsət Saldaşla müsahibəni oxuculara təqdim edir:

 

–Kəlbəcərdə doğulan Əlövsət 26 ildir ki, Şamaxının Təklə kəndində məskunlaşan Əlövsətə hesabat veribmi ?

 

Maraqlı sualdır. Əvvəlcə onu deyim ki, o Əlövsətlə, bu Əlövsət qan qohumdurlar. Yadlaşa bilməzlər. Kəlbəcərdəki Əlövsət bir az dəli-dolu idi. Allah az da olsayaraşıq,  söz demək qabiliyyəti vermişdi. OƏlövsət  demək olar ki, hər gün məhəbbət, təbiət şeirləri yazardı. Tamam başqa qayğılarla yaşayardı. Ömrü o qədər qaynar idi ki, başını qaşımağa belə vaxtı yox idi. Amma 26 ildir ki, Təklə kəndində qəriblik ömrü yaşayan Əlövsət 180 dərəcə demirəm, təxminən 90 dərəcə dəyişmiş  Əlövsətdir.

Yaşı,səbri,təmkini, ətrafı, qayğıları əvvəlki  deyil. Ailənin də, ömrün də, yaradıcılığın da qayğıları tamam başqa istiqamətə yönəlib.

Bu Əlövsət oƏlövsət qarşısında böyük bir günah sahibidir. Bu Əlövsəti o Əlövsətə qaytarmaq lazımdır.Qayıda bilməsə çox ağırılı bir sonluq olacaq və yarımçıq öləcək hər ikisi.

Bəzən deyirlər ki, Vətənin o başı, bu başı olmur. Düz demirlər.Necə olmur? Bəs niyə oranın adı Kəlbəcərdi, buranın adı Şamaxıdır. Hərəsinin öz iqlimi, öz təbiəti, öz yolu, öz insanları, çayları, bulaqları, bitkiləri var. Evin içinin də o baş, bu başı var. Kəndin o başı, bu başı var. Buna görə insan o baş, bu başın içində özünə yer axtarır, rahatlıq axtarır. Şamaxıdakı Əlövsət qəribdir. Amma Amerikadakı şamaxılı qərib deyil. O, nə vaxt istəsə, özünün imkanı olmasa da,  ətrafdakıların köməyi ilə gələr,bir dəfə bu torpağı ziyarət edər, qayıdar. Ancaq hal-hazırdakı şəraitlə Əlövsət heç cürə gedib Kəlbəcəri görə bilmir. Deməli, Əlövsətdən böyük qərib yoxdu.

Yetimlik ağır bir dərddir. Bu, ata-ana itkisi ilə bağlıdır. Əsas bu səbəblərə görə insanlara yetim deyirlər və bu bioloji sonluğu hamı yaşayacaq. Ancaq belə insanlara yetim demirəm mən, yetim torpaq, yurd itirən adamlardır. Qanında millətinin qanı qaynayan adamlar yurd itirsələr,  əbədi yetimdirlər. Məzarı da, ruhu da yetimdir.

 

–Niyə Saldaş təxəllüsü ?

 

Saldaş, ana dilimiz olan  Türk dilində işlənən bütöv daş, böyük daş, həm dəzədəsiz daş mənasını daşıyır. Onu parçalamaq asan deyil. Yekəxanalıq olmasın. Dünyanın ən gözəl vaxtında da mən ağrılarla yaşayırdım.Elə bilki, mənə nəsə deyirdilər başımıza gələcək bu fəlakətlər haqqında.O vaxtdan yazdığım şeirlərin içindən ağrı çıxırdı. Bir köhnə dəftər gətirmişdim Kəlbəcərdən. O qədər varaqlanmışdı, əldən-ələ keçmişdi ki,  yazıları oxunmaz hala düşmüşdü.Kəlbəcərdən gətirdiyim yeganə əşya o olub.Dəftərin arxasına bir şey yazmışdım :

“Qayıtdım geriyə baxdım, yaşadığım ağrılara, çəkdiyim iztirablara,  ürəyimin yükünə layiq olacaq bir təxəllüs axtardım və tapdım. Daş dözümü olmadan bunları daşımaq mümkün deyil. Saldaş oradan yarandı”.

Kəlbəcərə gedənlər bilirlər. Üzü yuxarı Tərtər çayı boyunca qalxanda  Çərəkdar kəndi ilə, Dağlıpəyə, Vəng kəndlərinin arasında Laçın qayası deyilən nəhəng bir təbiət abidəsi var.Kəlbəcərə gələn geoloqlar, xarici turistlər etiraf edirdilər ki, dünyanın heç bir yerində bu nəhənglikdə qaya, daş yoxdu. Ətəyi düz Tərtər çayının ayagında idi. Təxəllüsümün rəmzi tərfinin biri də budur.

–Söhbət əsnasında dedniz ki, cavan vaxtlarınızda ədəbi mühit sizi qəbul etmədi...

Bilirsiniz, elə indi də heç kimə birdən-birə qapıları açıb, rahatlıqla  buyur, ədəbi mühitə keç demirlər.Bəlkə də qəbul eləyərdilər bir az davamlı  getsəydim yazılarımın ardınca. Keçmişdə də eyni vəziyyət idi. Müqayisəsi böyük çıxmasın, Füzuli, Nizami, Xəqani üçün də belə olub. Düzdür, mən onların bir zərrəsi deyiləm, ancaq ədəbi mühitdə özünü təsdiq etməlisən . Heç vaxt deməmişəm ki, əvvəllər yazdıqlarımın hamısı ədəbi nümunələr idi və onu  mütləq qəbul etməliydilər. Amma nəfəsim var idi. Bunu bilirəm. Qaçqınlıq, köçkünlük, ruh düşkünlüyü, yaşayış çətinlikləri bir az məni yaradıcılıqdan kənara çəkilməyə məcbur elədi və ciddi yaradıcılıqla məşğul ola bilmədim. Ona görə də heç bir yerə müraciət eləmədim. Ancaq  bir şey var. Böyük elita qəbul etməsə də,xalq qəbul elədi. Kəlbəcərdən başlayaraq günü bu günə kimi  mənim yazılarımın daşıyıcısı xalqdır.Məndən xəbərsiz şeirlərimi yayırlar.  Xalqın içindən çıxan adamam. Buna görə xalqımın o sadə nümayəndələrinə həmişə minnətdaram. Böyük, peşəkar ədəbiyyata həmişə həsədlə baxmışam. Sevdiyim şairlər olub.Kalssikamızı sevirəm, XX əsrin böyük şairlərini sevirəm.  Günümüzdə yazıb, yaradan şairlərlə yaradıcılıq əlaqələrim var. Sağ olsunlar, indi qəbul edirlər.

 

–Ədəbi mühitdə daha çox kimlərlə dostluq edirsiniz ?

Rəhmətlik Məmməd Aslan ailəmizin bir üzvü idi. Elə həm də əmim düşürdü. Atamgillə onlar qardaş kimi idilər. Məni respublika mətbuatına Məmməd Aslan təqdim edib. Rəhmətlik Əli Qurbanov var idi Kəlbəcərdə. 1980-ci ildə şeirlərimi “Yenilik” qəzetində o vermişdi. Sonra  Məmməd əmi məni  Məmməd Arazla tanış elədi.Musa Yaqubla tanış oldum. Kitab verdim, kitabını aldım.Çox sevdiyim şairdi.Allah rəhmət eləsin!- Zəlimxan Yaqubla dost oldum. Adil Cəmil yerlimizdi, dostumzudu. Yaxından münasibətimiz olmasa da uzaqdan-uzağa ədəbi mühitdə bir-birimzi tanıyırıq. Rüstəm Behrudiynən, Yusif  Hüseynlə böyük qardaşım kimi, ta Kəlbəcərdən başlayaraq əlaqələrimiz var. İstedadlı şair Xəqani Həbiboğlu ilə, Saday Şəkərli ilə münasibət qurmuşam.

 

–Məmməd Arazla təmasda olmusunuzmu?

–Bəli, olmuşam.Hüzurunda əlim əsə-əsə, dilim topuq vura-vura şeir oxumuşam. O vaxtı “Azərbaycan təbiəti” jurnalının baş redaktoru idi. Məmməd əmi ( Məmməd Aslan- red.) jurnalın məsul katibi işləyirdi. Bir dəfə Bakıda olanda Məmməd əmiyə zəng elədim.Dedi: “ə, hardasan, dur gəl bura. Səninlə işim var”.

 Məmməd əminin otağı muzey idi.Taleyinin ziddiyəti ilə, yaşadığı ömrün məşəqqəti, insanlığı, ziyalılığı ilə tamam fərqli bir insan idi Məmməd Aslan. Qeyri-adi əl qabilyyəti var idi. Təbiətdən tapdığı ağac qırıntıları, kötükləri ilə rəsm əsərləri yaradırdı. Adam baxanda heyrətə gəlirdi. Görüşəndən sonra soruşdu ki, nə edirsən, yazıb eləyirsənmi? Utana-utana dedim:- bəli.

 

Bir-iki şeir oxudum, qayıtdı ki, təbin var, ağlın olsa yaxşı şair olacaqsan. Sonra dedi: “Məmməd Arazı görmək istəyirsən ?” Dedim: hə. Görüşdük. Xəstə vaxtları idi Məmməd Arazın. Xeyir-dua verdi və dedi: “Məmməd, Əlövsətin  yazılarını al ver nəşriyyata , qoy kitab çıxartsınlar”.

 

–Hansı şeiri oxudunuzMəmməd Araza ?

 

–Vüqarım var deyib lovğalanma sən,

Zirvə nə çəkirsə, dərədə çəkir.

Gah taxta mindirir, gah salır taleh,

Göyədə qaldırır, yerə də çəkir.

 

Min bir kələk, fel qurub zamana,

Ağlayan, güləndi baxsan hayana.

Nəşədə veribdi, dərd də insana,

Xeyirədə çəkir, şərədə çəkir.

 

Əlövsət,  anladım baxıb gözündən,

Nadan nə anladı axı sözündən?

Nər qarışqa əzir, çıxır özündən,

Hələ bir utanmır, nərədə çəkir.

 

Bu şeirin əvvəlindəki iki sətir çox xoşuna gəlmişdi və dedi ki, bax, sən o sətirlərdə şairsən.

Bilirsinizdə, ədəbiyyatımızda ilk dəfə mədəni söyüşü, ruhuna qurban olum, Məmməd Araz söyüb, özü də kişi kimi söyüb və qəbul olunub.

 Deyib ki:

Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?

Mənim də mədəni söyüşlə yazılmış bir şeirim var :

Bu dünyanın astarı nə, üzü nə,
Yol verdi ki,yol gedəsən düzünə.
Bu yaşında "ağ" olasan üzünə,
Deyəsən ki,"ay beləsi belə olmuş".

 

Nə qorxasan,nə gözünü qırpasan,
Oduna da, közünə də çarpasan.
Üz çevirib, qapısını çırpasan,
Deyəsən ki, "ay beləsi belə olmuş".

 

Nə fərqi var,dönük qadın ya da sən,
Neçə - neçə canı verdin bada sən,
Deyəsən ki, bu xaraban,bu da sən,
Deyəsən ki, "ay beləsi belə olmuş".

 

Sərtliyə bax, gedişə bax qanunda,
Göz yaşıdı əvvəlin də, sonun da.
Üzüm ağdı, suçum yoxdu yanında,-
Deyəsən ki,"ay beləsi, belə olmuş".

 

Ay Əlövsət, qanmazına zər bələr,
Qananını cəngə çəkər, hərb elər.
Nə utanar, nə halına fərq elər,
Ha deyəsən-"ay beləsi belə olmuş".

 

 

–Deyirlər, şairlər anadan elə şair doğlur. Anadan şair doğulan Əlövsətin ilk şeiri hansı olub ?

Düzü, ilk şerimi xatırlamıram. Onu təxminən 14-15 yaşım olanda  yazmışdım. Qardaşım Vahidlə dağa-yaylağa ot biçininə gedərdik.Rəhmətlik Aşıq Ələsgərin bir ustadnaməsi var:

Aşıq olub diyar-diyar gəzənin

Əvvəl başda pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət еlmində dolu gərəkdi.

Bu şeiri ustad aşıqlardan eşdib əzbərləmişdik. Biz o vaxtı toyda, mağarda rəhmətlik Sücaətin, Əli (Əli Qurbanov-red.) müəllimin dediklərindən öyrənərdik şeirləri. Yəni, harasa yazıb əzbərləmirdik. Aşıqlar oxuyanda qulaq asıb yaddaşımızda saxlayardıq. Ot yığmağa gedə-gedə o ustadnaməyə  nəzirə yazmışdım. Amma unutmuşam.

Allah rəhmət eləsin, böyük qardaşım Əbülfət Sarıoğlu respublikada tanınmış şairlərdən biri idi. Həm ağsaqqalım idi, həm də atamdan sonra üstümdə onun əlini hiss edirdim. Əbülfət şeirlər yazırdı və mən o şeirləri gizlin oxuyurdum. Özüm isə yazmırdım. 1974-cü ildə 10-cu sinfi qutaranda ona həsr elədiyim bir bənzətmə yazsamda, o ciddi yaradıcılıq nümunəsi hesab oluna bilməz. Ciddi şeirlərə tələbəlik illərində  başlamışam. 1974-1976-cı illərdə yazdıqlarımın hamısı ailəmizin ən müqədəs varlıqları ilə bərabər Kəlbəcərdə qaldı. Üç böyük poema, təxminən üç kitablıq gənclik illərində yazdığım şeirlər, xatirələrim, böyük bir kitabxanam hamısı işğal olundu. Bir hissəsinitəxminən 30-40 şeiri tapıb topalaya bildim. Çap olunan kitbalarımda olan şeirlərin hamısı burada yazılıb.

–Bir az əvvəl dedniz ki, qabaqlar ədəbi mühit hər yazanı qəbul etməzdi. Ancaq indifərqli bir mühit var.İnternet, sosial şəbəkələr, saytlar. Hər gələn də yazır. Şeir ucuzlaşmayıb ki?

 

Ucuzlaşıb. Elə qələm sahibi var ki, bir gündə beş dənə şeir yazır. Dəvə 7 ildən bir doğur, amma dəvə balası doğur.Mən təbin o qədər qaynarlığını qəbul eləmirəm.Bir gündə  iki  şeir yazdığım olub. Ancaq bu halı  ciddi yaradıcılıq prosesi hesab etmirəm. Heç şerimizin zirvələri-Məhəmməd Füzuli, Səməd Vurğun,Məmməd Araz da bu işi görməyib. Təbin qaynar olsun, amma sözü bişirəndən, yaşayandan,bir yaxşı  məhsul əldə edəndən sonra ortaya qoymaq lazımdır. Söz yazmaq xatirinə şeir yazmaq olmaz. Şeir ucuzlaşıb, sözün meydanı isə tozanaq olub. Ariflər üçün çox asandı şeiri söz yığınından  ayırd etmək. Baxan kimi birinci sətrindən bilirlər ki, bu şeirdi, yoxsa söz yığını və onu oxumur,vaxt da sərf eləmirlər. Amma elə şeirlərdə var ki, birinci sətrindən ox kimi sancılır adama. Deyir dayan, vərəqi çevirmə, oxu məni.

–Bəzən ilham pərisi şairdən küsür. Bəs sizin heç şeirdən küsdüyünüz vaxt olubmu?

 

–Olub. Bəzən şeir yazdığıma görə özümə nifrət eləmişəm.

 

–Niyə?

 

Demişəm ki, bu söz oyundur. İnsanları istədiyi məqsədə aparıb çatdıra bilmirsə, ocağı söndürüb,külü ilə oynayan kimi, sözlənə qədər oynamaq olar. Bəzən aylarla, bəzən bir il qələmə yaxın getməmişəm. Mövzu gəldikcə qaçmışam. Amma sonra görmüşəm ki, mümkün deyil. Yenidən qələmin, sözün yanına qayıdaraqözümü qınamışam. Son 3-4 ay ərzində şeir havası yaşasam da, yazmamışdım.Bir müddət əvvəl  heç özümdən də asılı olmayaraq “Başın sağ olsun” şeirini yazdım.Qaça bilmədim ilham pərisindən. Heç vaxt söz axıb gəlməsə əlimə qələm almaram. Şeirlərimin əksəriyyətini yollarda yazmışam. İndi də mükəmməl bir yazı masam yoxdur. Yollarda, dərsin içində, bağda gəzdiyim yerdə  başımda yazıb hazır edərdim, ondan sonra itməmək üçün oturub bir dəftərə köçürdərdim şeirləri.

 

– Yeni  yazdığınız “Başın sağ olsun” şerinin üstə gəlmək istəyirəm.Əlövsətin  Kəlbəcərə qayıtmaq ümidi nə qədərdir? Yoxsa ümidi kəsib “Kəlbəcər, başın sağ olsun”- demisiniz?

 

­Yox, o şeirdə mən ikibaşlı danışmışam. Demişəm ki, Əlövsət, başın sağ olmasın, üzün ağ olmasın! Əgər bircə gün düşünsəm ki, Kəlbəcərə dönə bilməyəcəm,  həmən gün ölərəm. Onsuz da ürəyim salamat deyil.  Böyüklü-kiçikli 150-yə yaxın kəndi var idi Kəlbəcərin. Hamısını görməmişəm, amma çoxunda olmuşam. Sizi inandırım ki,  o keçdiyim yerlərin qayası, cığırı, kolu, daşı, kəsəyi  gözümün qabağındadır. Amma bir dərdim var. Bu sadaladıqlarımı ürəyimdə o qədər canlı yaşadıram ki, bəlkə ondandır Kəlbəcər yuxuma az-az gəlir. Çoxu yalandan deyir ki, mən hər gün yuxuda görürəm. Yalan deyir,  az-az görürəm, amma mümkəmməl görürəm o yuxuları.

 

 

–60 yaşın üstündəki Əlövsət illər əvvəliki balaca Əlövsətdən ötrü darıxırmı?

O qədər... Bir uşaqlıq  şəkilim belə qalmayıb...( kövrəlir-red.).

 

– “Facebook” sosial şəbəkəsindən istifadəedirsiniz və  kifayət qədər  də izləyiciniz var. Heç olubmu şairə sevgi etirafı eləsinlər?

 

Aktiv olmasam da, istifadə edirəm. Belə deyə bilərəm ki, ətrafım tünlükdü “facebook”da. Ancaq icazənizlə bu sualı boş buraxaq.Mənə elə gəlir ki, şeirlərimi sevirlər, özümü yox.

 

–Elə bir mövzu olubmu ki, yazmaq istəyəsiniz, amma yazmayasınız?

 

Çox olub. Mövzu tapmışam, ancaq hansısa  bir qayğı, ani bir zəng, gözlənilməz bir səfər  imkan verməyib yazmağa. İlham pərisi deyirdinha, onun  qədər qaçaq, onun qədər etibarsız, onun qədər həssas biri yoxdu. Gözəllərin ən etibarsızı ilham pərisidir. Bəzənir, düzənir, nə qədər gözəllik var hamsını yığıb gəlir. Elə ki, diqqətin bir qədər yayındı, baxırsan yoxdu, qaçıb. Birdə otur,gözlə ki, gələcək.Çox küskün bir şeydi. Qismət olsa yazacam. Bilirsən, nəyi yazacam? Kəlbəcərə qayıtsaq,kül olmuş ocağımızın  üstündə oturub yazacam ...( yenə kövrəlirik-red.)

 

–Təklə kəndində Əlövsəti necə qəbul edirlər?

Təklə kəndinin adamları məni çox böyük hörmətlə, öz ağsaqalları kimi qəbul edirlər. Neçə illərdir bu kənddə tikan üstündə oturmuş kimiydim. Elə yeri düşdükcə deyirdim ki, nəyimə lazımdır buarda yaşamaq, çıxıb gedəcəm. Oğlumun, qızımın evi Bakıda.Sonra gördüm ki, yox, alınmır. Atamı, anamı, bibimi burada dəfn eləmişəm. Onları qoyub hara gedim? Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə kəndi.

–Yaradıcılığınızda təzə nə var. Yeni kitab gözlənilirmi?

–Növbəti kitab olacaq. 2017-ci ilin may ayına qədər yazdıqlarımın hamısı “Ömrün payızından yuxarı” adlı kitabımda çap olunub.Ondan bəri yazdığım yazılar təxminən bir ktab həcmindədir və köhnədən nəşr olunmamış qalan şeirlərdir. Birdə yaddaşımda Kəlbəcərlə bağlı, yaşdıqlarımla, gördüklərimlə bağlı xatirələr var. Onları çözləyirəm. Son kitabımı bir az tələsik çıxartdım. Həm redaktə qüsurları var, həm də texniki problemlər olub.Növbəti kitab təkcə təzə şeirlər olmayacaq. Yaradıcılıqla məşğul olduğum təxminən 42 il ərzində lap əvvəldən qəbul olunan, dilərdə gəzən, məni aşadan  şeirlərim var ki, onlardan bir fəsi seçmələr edəcəm.

 

– “Facebook” səhifəmizdə sizdən müsahibə alacağımız barədə məlumat vermişdik və oxuculardan xahiş etmişdik ki, onları maraqlandıran sualları ünvanlasınlar.Xeyli sayda istifadəçi münasibət bildirərək sizə ehtiramlarını, salamlarını çatdırıblar. Bəziləri isə suallar ünvanlayıb.Məqam yetişdi ki, həmin suallara da cavab alaq.

Məmməd Mərzili : –Əlövsət Saldaş Kəlbəcərdə yaşasaydı,Bakıda yaşamaq təklifini qəbul edərdimi ?

 

–Özümə, sözümə dəyər verən, məni yaşamağa ruhlandıran bütün oxucularımın hər birinə sizin vasitənizlə bir daha təşəkkür edirəm. Var olsunlar!Məmməd bəyin sualına gəldikdə isə, Kəlbəcərdən başqa dünyanın heç bir yerində yaşamaq təklifini qəbul etməzdim.

 

–Elsəvər Cahangirov : –Bu yaxınlarda Əlövsət Saldaşın yaradıcılıq gecəsi keçiriləcəkmi? Ümumiyyətlə, şairlə görüş nəzərdə tutulurmu?

 

Təxminən bir il əvvəl 60 illik yubleyimlə bağlı böyük tədbirimiz oldu. İnşallah yeni bir görüşdə planlaşdırmışıq.Allah qismət eləsə yenidən ictimayyətə hesabat vermək istəyirəm. Dəvətlər, təkliflər var.Ancaq bu tədbirin  Gəncədə olmağını daha çox istəyirəm.Sonra Yevlaxda bir ictimai mərkəzdən dəvət almışam.Qobustandı, Şamaxıdı - bu doğma yerlərdən dəvətlər var. Bir sözlə, olacaq.

 

–Abbas Xıdırov : –Əlövsət müəllim, qaçqın olmasaydı yenə də belə dərin şair ola bilərdimi?

 

Qaçqınçılıq, torpaq,Vətən həsrəti mənə çox şey yazdırıb.Ağrı,dərd, həsrət, intizar gətirib,amma şair eləməyib.Mən gələndə hazır gəlmişdim. Azdan-çoxdan ictimayyətin qəbul etdiyi, ədəbi mühitə səslənən qələm sahiblərindən idim və respublika ictimayyətinə təqdim olunmuşdum. Sadəcə, köçkünlük yaradıcılığımın istiqamətini dəyişdi.O dəlisov məhəbbət şairi olduağrı,dərd şairi.

 

–Laçınlı şair Nadir Ayazoğlu sizə salam göndərib və mənə tövsiyə edib ki, dayını çox yorma. Sizi, yormadıq  ki?

–Dərindən tanışlığımız olmasa da, Nadir Ayazoğlunun imzasını tanıyıram və salamlarımı göndərirəm. Qətiyyən yorulmadım, zövq aldım, dincəldim. Məni yada salıb, qonağım olduğunuza görə hamınıza təşəkkür edirəm.

Siyavuş ƏMİRLİ

Bakı-Şamaxı-Bakı

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV