Modern.az

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

23 Oktyabr 2018, 16:57

Ermənistan parlamenti istefa vermiş baş nazir Nikol Paşinyanın yerinə bu gün yeni baş nazir seçmək üçün toplaşacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Yelk” bloku parlamentdə baş nazir kimi Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəklərini açıqlayıb.

 

Partiyanın parlamentdəki fraksiya rəhbəri Qevorq Qorqisyan bu barədə açıqlama verib. Digər fraksiyaların namizəd irəli sürməyəcəyi gözlənilir.

 

Xatırladaq ki, Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirilməsi üçün oktyabrın 16-da istefa vermişdi. Əgər parlament 2 həftə ərzində baş naziri seçə bilməsə, ölkədə yeni seçkilər baş tutacaq.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir