Modern.az

XİN rəhbəri Laaneti qəbul edib

XİN rəhbəri Laaneti qəbul edib

23 Oktyabr 2018, 18:25

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkədə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib.

XİN-dən Moern.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir həmçinin informasiya-kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Avropa İttifaqı - Azərbaycan arasında münasibətlərə toxunan E.Məmmədyarov ölkəmizin "Şərq Tərəfdaşlığı" çərçivəsində iştirakı, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barəsində qarşı tərəfə məlumat verib.

K.Laanet, öz növbəsində, səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?