Arxiv
23 Oktyabr 2018, 18:40 | AKTUAL
Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Oktyabrın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

 

Modern.az-ın məlumatına görə, Səfər Mehdiyev bildirib ki, müxtəlif beynəlxalq tədbirlər, konfranslar və seminarlar çərçivəsində iki ölkənin gömrük orqanları rəhbərlərinin və əməkdaşlarının vaxtaşırı görüşləri keçirilir və “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş”in imzalanmasından sonra bu əlaqələr daha səmərəli şəkildə inkişaf edəcək.

 

S. Mehdiyev Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və bu islahatların gömrük orqanlarının daha çevik və dinamik fəaliyyətinə şərait yaratdığını deyib.

 

Qeyd olunub ki, elektron idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində artıq elektron bəyannamə sistemi 100 faiz tətbiq edilir ki, bu da idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, məmur-vətəndaş təmasının minimuma endirilməsinə şərait yaradıb. Şəffaflığın tam təmin olunması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların da atıldığı və nəticədə büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb. “Yaşıl dəhliz” buraxılış sistemi və digər mütərəqqi layihələrin tətbiqi hesabına idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirildiyi, biznes subyektlərinə münbit şərait yaradıldığı bildirilib.

Daha sonra beynəlxaq təşkilatlar və gömrük qurumları ilə səmərəli işgüzar əlaqələrin qurulmasına toxunan Səfər Mehdiyev, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu ilin iyun ayında Azərbaycanda keçirilməsinin nəzərdə tutulmasını da Azərbaycan Gömrük Xidmətinin dünya gömrük ailəsinə töhfələrinin nəticəsi kimi dəyərləndirib.

Səfir Xuan Rodriqo Labardini Flores iki ölkə arasındakı əlaqələrdən bəhs edərək son dövrlərdə münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, yaxın zamanlarda imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş” iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Lenin hamımızın baabsı olub!” - Tanınmışlar proletariatın rəhbərini belə XATIRLADILAR 22 Aprel 2019, 16:34 “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunun finalı keçirildi  22 Aprel 2019, 16:32 Nazirlik it dişləmələri ilə bağlı müraciət yaydı: “Quduzluq 100% ölümlə nəticələnir!” 22 Aprel 2019, 16:03 Psixoloq onu qınayanlara cavab verdi 22 Aprel 2019, 16:03 Baytarlıq Xidmətindən qoyunlar və keçilərlə bağlı XƏBƏRDARLIQ 22 Aprel 2019, 15:56 Hanoyda AZƏRTAC və Yonhap informasiya agentliklərinin rəhbərləri görüşdü 22 Aprel 2019, 15:50 Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü   22 Aprel 2019, 15:32 Həkimin səhvi jurnalistin gözünün tutulması ilə nəticələnib 22 Aprel 2019, 15:27 Məmmədyarov missiyası başa çatan səfiri qəbul etdi 22 Aprel 2019, 15:27 ABŞ səfiri Dillər Universitetində olub   22 Aprel 2019, 15:24 Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu 22 Aprel 2019, 15:21 “Azərsu” yeni elektron xidmət istifadəyə verdi   22 Aprel 2019, 15:16 Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir 22 Aprel 2019, 15:11 İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı 22 Aprel 2019, 15:11 Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək   22 Aprel 2019, 15:09 Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb” 22 Aprel 2019, 14:59 Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib? 22 Aprel 2019, 14:43 Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR 22 Aprel 2019, 14:40 Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu 22 Aprel 2019, 14:39 Gənclər Lenini necə tanıyır? 22 Aprel 2019, 14:33 Erməni general Manvel Qriqoryan həbsdə qalacaq 22 Aprel 2019, 14:22 Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi 22 Aprel 2019, 14:15 Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb” 22 Aprel 2019, 13:54 Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi   22 Aprel 2019, 13:48 İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi 22 Aprel 2019, 13:38 Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər 22 Aprel 2019, 13:33 Neft son 6 ayın rekordunu QIRDI 22 Aprel 2019, 13:25 Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR Forumu başladı   22 Aprel 2019, 13:16 Deputatlar Diaspor Komitəsinin 1 illik fəaliyyətinə QİYMƏT VERDİLƏR 22 Aprel 2019, 13:15 Vəkillər Kollegiyası Elinanın anasına təmənnasız  vəkil tutdu – RƏSMİ 22 Aprel 2019, 13:07