Modern.az

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

23 Oktyabr 2018, 19:25

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxundu.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mirzə Şəmsiyevə hökm oxunub.

 

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Şəmsiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Zərərçəkmiş F.Ulutürk ona dəyən ziyanın ödənilməsini tələb edib. Təqsirləndirilən M.Şəmsiyev ondan 4 min manat alaraq əri X.R.Ulutürkün yubileyi münasibəti ilə kitablarını yenidən nəşr etdirəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyərək qadını aldadıb və aldığı pulu mənimsəyərək qaytarmayıb.

 

M.Şəmsiyev daha bir neçə nəfəər qarşı ümumilikdə 100 min manatdan çox miqdarda dələduzluq etməkdə ittiham edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir