Modern.az

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Putin Trampa Parisdə görüşməyi təklif etdi

23 Oktyabr 2018, 20:00

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib. 

Modern.az  TASS-a istinadən xəbər verir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib. 

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək. 

V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa". 

C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”.

Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı