Modern.az

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Aktual

23 Oktyabr 2018, 20:41

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə H.Mansurov 11 il, B.Camalov isə 4 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, bu il aprelin 16-da, gecə saatlarında Xətai rayonu ərazisində H.Mansurov və B.Camalov yanacaqdoldurma məntəqələrindən birinə gələrək orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır