Modern.az

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

23 Oktyabr 2018, 20:55

Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə yeganə namizəd olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.

 

Bildirilib ki, bu gün saat 17:00-da namizədliyin irəli sürülməsi üçün müddət başa çatıb.

 

Ermənistan qanunlarına görə, ölkə parlamentinin sədri Baş nazir vəzifəsinə namizədlik irəli sürüldükdən sonra xüsusi iclas təyin etməlidir.

 

Qeyd edək ki, N.Paşinyan oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir