Modern.az

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Dünya

23 Oktyabr 2018, 21:21

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna məxsus avtomobildə jurnalist Camal Qaşıqçıya məxsus olduğu güman edilən əşyalar tapılıb. Modern.az “CNN Türk”ə istinadən xəbər verir ki, xüsusi təlim keçmiş itlərin yardımı ilə aparılan ilkin axtarış zamanı polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib. Sabah daha ətraflı axtarış aparmaq nəzərdə tutulur.

 

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!