Modern.az

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

23 Oktyabr 2018, 22:21

“Ermənistan hər şeydən əvvəl Dağlıq Qarabağdakı işğal etdiyi torpaqlardan çəkilməli, Türkiyə üzərindəki iddialarından dərhal imtina edərək qeydsiz, şərtsiz gerçəkləri qəbul etməlidir”.  Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Qarsda Qafqaz Universiteti 2018- 2019 Akademik İli açılış mərasimində çıxışı zamanı bildirib.

Universitet tərəfindən “Fəxri doktorluq” verilən Binəli Yıldırım universitet ictimaiyyətinə təşəkkür edib.

B.Yıldırım universitet şagirdlərinə bir sıra tövsiyələr verərək birlik və həmrəyliyin əhəmiyyətini vurğulayıb.

Daha sonra TBMM-nin sədri “erməni soyqırımı” iddialarına toxunub: "Soyqırım iddiası alçaqca bir iddiadan ibarətdir. Etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizim mədəniyyət anlayışlarımıza aid deyil. Tarixin ayıb, günah sayılacaq alçaqlıqlar olmayan millətlərin başında bizim millətimiz gəlir. Qürur duyacağımız bir mədəniyyətimiz var. Təmiz güzgü kimi bir keçmişdən təmiz bir gələcəyə ümidlə getməyə çalışırıq. Bu millətimizin keçmişini qaralamaq istəyənlərin çirkin iddialarını qəbul etmədik, etməyəcəyik. Bunu edənlərin məqsədləri öz ayıb və ləkələrini Türk millətinə sürtməkdir. Tarixçilər keçmişdə yaşanan hadisələri müzakirə və qiymətləndirməlidirlər. Tarixçilərimiz və mütəxəssislərimizlə birlikdə çalışaq".

B.Yıldırım, həmçinin, Qarabağ probleminə də toxunub: “Ermənistan rəsmiləri Türkiyə ilə əlaqə qurmaq istəyirəm, əlaqələrimizi inkişaf etdirmək istəyirəm deyərək ikidə bir çıxıb bəyanat verir Əgər həqiqətən belə bir niyyət varsa, Ermənistan hər şeydən əvvəl Dağlıq Qarabağdakı işğal etdiyi torpaqlardan çəkilməlidir. Oradan işğal səbəbi ilə yurdlarından qovulan  1 milyona yaxın azərbaycanlının yerlərinə qayıtmalarına imkan yaratmalıdır. Türkiyə üzərindəki iddialarından dərhal imtina etməli, qeydsiz, şərtsiz gerçəkləri qəbul etməlidir ".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir