Modern.az

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

23 Oktyabr 2018, 22:37

Suriyada 3 il əvvəl əsir götürülən yapon jurnalisti sərbəst buraxıldı. Modern.az xəbər verir ki, Əl-Qaidə terror təşkilatı tərəfindən üç il əvvəl Suriyada əsir alınan Yapon jurnalisti azad edilib.

 

Yaponiyanın Nazirlər Kabinetinin katibi Yoshihide Suqa Qətər səlahiyyətlilərinin Jumpei Yasuda adlı bir Yapon jurnalistin sərbəst buraxıldığını bəyan etdiyini açıqlayıb. Suqa 44 yaşındakı jurnalistin bu anda Türkiyənin Antakya şəhərində olduğunu və bir irtica bürosunda saxlanıldığını bildirib.

 

Yapon rəsmisi, sərbəst buraxılan şəxsin dəqiq jurnalist Yasuda olduğunu təyin etmək üçün bəzi araşdırmalar aparıldığını və bu baxımdan jurnalistin həyat yoldaşına xəbər verildiyini bildirib.

 

 Qeyd edək ki, sərbəst şəkildə jurnalistlik edən Yasuda 2015-ci ildə Türkiyə üzərindən Suriyaya daxil  olub və qısa zaman sonra Əl-Qaidə tərəfindən əsir alınmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir