20 yanvar 2019, Bazar
Ana Səhifə - GÜNDƏM - “Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
23.10.2018, 23:58

“Azərbaycanla Fransa arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozulub. Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma “Dağlıq Qarabağ rejimi” ilə dostluq qrupu bu istiqamətdə “böyük xidmətlər” göstərir. Xüsusilə Fransa parlamentinin sabiq üzvü Fransua Roşebluan erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq-aşkar şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və onun ətrafına da bir qrup insan toplaşıb. Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil”. Modern.az xəbər verir ki, bunu “Azərtac”a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinə qanunsuz səfərlərinə münasibət bildirərkən deyib.

 

 

Fransa bələdiyyə başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ölkələrimiz arasındakı münasibətlərin ruhuna ziddir

 

“Burada ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırlar. Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, öz-özlüyündə bir cinayətdir. Onu xüsusi qeyd etmək lazımdır ki, həmin yerli özünüidarəetmə orqanları Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda, Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən bir neçə ay bundan əvvəl - 2018-ci il mayın 24-də “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimat bu qurumları, yəni bələdiyyələri Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələrin bağlanmasını, səfərlərin həyata keçirilməsini və birgə tədbirlərin təşkilini qəti qadağan edir. Bu, Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış bir sənəddir. Yəni, bu sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər. Fransa Konstitusiyasının 73-cü maddəsinə və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq, qəbul edilmiş təmimi təlimat bu kimi, hərəkətləri qadağan edir. Ancaq təəssüflər olsun ki, biz Fransa qanunlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd hərəkətlərin şahidi oluruq. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi, təəssüflə deməliyəm ki, Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinə dair bu sənədin müddəalarını dərhal yerinə yetirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Hesab edirəm ki, Fransa hökuməti bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir”,-deyə Səməd Seyidov vurğulayıb.

 

Minsk qrupunun həmsədri olan Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe ortaya qoymalıdır

 

Milli Məclisin komitə sədri qeyd edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu ölkənin yerli özünüidarəetmə orqanları rəhbərlərinin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də əngəllər yaradır, Fransanın vasitəçilik missiyasına ciddi xələl gətirir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı bəyanatlarla çıxış etməlidir. Konkret mövqe ortaya qoymalı, bu istiqamətdə işlər aparmalıdır. Təəssüflər olsun, biz bunu görmürük.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi Fransanın Strasburq şəhərinə səfərlər etdiyini bildirən Səməd Seyidov deyib: “Bu gün Fransada özünü mühacir adlandıran bir qrup şəxslər var və onlar terrora, zorakılığa çağırış edən bəyanatlar səsləndirirlər, faktiki terrorun təbliği ilə məşğuldurlar. Əfsus ki, Fransa hökuməti tərəfindən bu cür hərəkətlərin də qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılmır.

 

Bu yaxınlarda Ermənistanda Frankofoniya adlı sammit keçirildi. Frankofoniya humanitar təşkilatdır, onun sammiti humanitar cinayəti törədən ölkədə keçirilib. Yəni, Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarını işğal edən, həmin ərazilərdə qondarma rejim quran ölkənin paytaxtında humanitar tədbir təşkil olunur. Bu, bizdə çox ciddi narahatçılıq doğurur”.

 

Belə addımlar əlaqələrimizin inkişafına kölgə salır

 

Fransa-Azərbaycan münasibətlərinin yalnız mədəni əlaqələri, elmi mübadilələri və bu kimi məsələləri əhatə etmədiyini diqqətə çatdıran Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, bu gün iki ölkə arasında güclü iqtisadi əlaqələr də mövcuddur. Azərbaycanda Fransa şirkətlərinin fəaliyyəti üçün çox yüksək səviyyədə şərait yaradılıb. Fransa şirkətlərinin ölkəmizdə həyata keçirdikləri layihələrin ümumi dəyəri 2 milyard dollardan çoxdur. Onların arasında “Total”, “Suez”, “Thales International” kimi böyük şirkətlər də var. Bu şirkətlər Azərbaycanda fəaliyyət göstərərək pul qazanırlar. Bu nöqteyi-nəzərdən, belə addımların əlaqələrimizin inkişafına kölgə salması göz qabağındadır.

 

“Hesab edirəm ki, belə səfərlər və Fransa hökuməti tərəfindən bu səfərlərə lazım olan qiymətin verilməməsi iqtisadi əlaqələrimizə ciddi xələl gətirə bilər. Biz bir vətəndaş, parlament üzvləri olaraq fikirləşməliyik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, qondarma rejimlə qeyri-qanuni sənədlər imzalayan, faktiki cinayəti dəstəkləyən, onu tanıyan, bələdiyyələrə lazım olan qiyməti verməyən ölkənin iş adamları ilə əlaqə qurmaq lazımdırmı?

 

Mən istərdim, Fransa tərəfi və bizim həmkarlarımız, tərəfdaşlarımız başa düşsünlər ki, Azərbaycan sülh, inkişaf istəyir. Biz Fransa-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişafını arzulayırıq. Ancaq beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in sənədləri əsasında, ərazi bütövlüyümüz çərçivəsində, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimə dəstəyin verilməməsi istiqamətində aparılan işləri görmək istəyirik. Həm bələdiyyələrin, həm parlamentin, həm də hökumətin hiss olunan mövqeyini görmək istəyirik.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov
20.01.2019, 14:50

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

İranlı şairənin inqilabı
20.01.2019, 11:22

İranlı şairənin inqilabı

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri
20.01.2019, 11:21

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR
20.01.2019, 11:10

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO   
20.01.2019, 10:56

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO  

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı
20.01.2019, 10:53

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı

Paytaxda yaşayış binasında yanğın   
20.01.2019, 10:36

Paytaxda yaşayış binasında yanğın  

Bakıda bu yollar bağlıdır - SİYAHI
20.01.2019, 10:34

Bakıda bu yollar bağlıdır - SİYAHI

20.01.2019, 10:29

"Arsenal" "Çelsi"ni məğlub etdi - VİDEO

Azərbaycanda zəlzələ olub
20.01.2019, 10:21

Azərbaycanda zəlzələ olub

Prezident və birinci xanım şəhidləri yad etdilər   
20.01.2019, 10:14

Prezident və birinci xanım şəhidləri yad etdilər  

Ermənilər rayonlarımızı atəşə tutdular
20.01.2019, 10:11

Ermənilər rayonlarımızı atəşə tutdular

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində   
20.01.2019, 10:00

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində  

Azadlıq yolunda qalxan bir vuruş...   
20.01.2019, 09:45

Azadlıq yolunda qalxan bir vuruş...  

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...
20.01.2019, 09:38

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı
20.01.2019, 00:58

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı
20.01.2019, 00:32

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin
20.01.2019, 00:14

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
20.01.2019, 00:00

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO
19.01.2019, 23:46

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp
19.01.2019, 23:26

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin
19.01.2019, 23:13

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
19.01.2019, 22:52

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Putin xaç suyuna girdi - VİDEO
19.01.2019, 22:35

Putin xaç suyuna girdi - VİDEO

Avropa İttifaqından daha bir ölkəyə sanksiya
19.01.2019, 22:17

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

Qadın özünü yanan binadan yerə atdı - VİDEO
19.01.2019, 21:58

Qadın özünü yanan binadan yerə atdı - VİDEO

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib
19.01.2019, 21:41

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

“Qarabağ” Çexiya klubuna qalib gəldi
19.01.2019, 21:26

“Qarabağ” Çexiya klubuna qalib gəldi

Aksiyada 12 nəfər saxlanıldı
19.01.2019, 21:15

Aksiyada 12 nəfər saxlanıldı

Bakıda sərnişin avtobusu qəza törətdi
19.01.2019, 21:01

Bakıda sərnişin avtobusu qəza törətdi

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19.01.2019, 20:46

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul proqramı nəşr olundu
19.01.2019, 20:31

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul proqramı nəşr olundu

ARXİV