Modern.az

Ziyafət Əsgərovun YUBİLEY YAŞI...  

Ziyafət Əsgərovun YUBİLEY YAŞI...   

24 Oktyabr 2018, 09:39

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun yubileyidir, 55 yaşı tamam olur.

 

Modern.az-ın məlumatına görə, Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq elmləri namizədi, professordur.

 

1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub.

 

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvüdür. Eyni zamanda Məhkəmə-Hüquq Şurasının üzvüdür. 

 

1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir.

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Birinci, ikinci, üçüncü  və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək parlament sədrinin müavini, 2015-ci il noyabrın 24-dək Təhlükəsizlik və müdafiə komitəsinin  sədri  vəzifələrində çalışıb.


2015-ci il noyabrın 1-də 76 saylı Lənkəran-Astara seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı seçilib.


2015-ci il noyabrın 24-dən  Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

“Şöhrət” ordeni ilə təltif edilib. Milli Məclisin fəxri medalına layiq görülüb. Müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.


Evlidir, 2 övladı var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi