Modern.az

Həbsdə olan jurnalistlərin sayı artır

Həbsdə olan jurnalistlərin sayı artır

9 Dekabr 2009, 10:02

Bütün dünya üzrə həbsdə olan jurnalistlərin sayı artmaqdadır. Modern.az-ın BBC-yə istinadən yaydığı məlumata əsasən, bu barədə  Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists - CPJ) son hesabatında bildirilir.

Həbs olunmuş jurnalistlərə dair özünün illik hesabatında təşkilat bildirir ki, dekabrın 1-nə olan məlumata görə 136 reportyor, redaktor və fotomüxbir həbsdədir. Bu, 2008-ci il üçün olan rəqəmdən 11 nəfər çoxdur. Təşkilat bildirir ki, təkcə İranda hazırda 23 jurnalist həbsdədir.

Çin dünyada jurnalistlərin ən böyük məhbəsi olaraq qalır. Bu siyahıda Çindən sonra Kuba, Eritreya və Birma gəlirlər. CPJ bildirir ki, ötən üç illə müqayisədə dəmir barmaqlıqlar arxasında olan ştatdankənar müxbirlərin sayı iki dəfə artaraq 80-ə çatıb. Bu da qeyd olunur ki, internetin əhəmiyyətinin artması ilə əlaqədar adamlar daha çox informasiyanı burdan almağa çalışırlar.

CPJ qeyd edir ki, hazırda həbsdə olan 68 blogger ümumiyyətlə məhbus olan jurnalistlərin yarısı qədərdir.

 

Bu da qeyd olunur ki, bu jurnalistlərin ən azı 20-sinin harda saxlanması bəlli deyil.

Jurnalistlərin məhbəsi kateqoriyasında Özbəkistan və Azərbaycan müvafiq olaraq 6 və 7-ci yerləri tuturlar.

Özbəkistanda 7, Azərbaycanda  isə 6 jurnalisti həbsdədir.  CPJ-nin hesabatında qeyd olunur ki, jurnalistlər çox vaxt peşə fəaliyyətləri ilə əlaqədar olmayan ittihamlarla zindana atılırlar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı