Modern.az

“Quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək

“Quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək

Ölkə

9 Dekabr 2009, 10:17

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX)verilən məlumata görə, dekabrın 21-də “quş qripi” ilə bağlı ölkə ərazisində növbəti monitorinq keçiriləcək.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılacaq monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin nümayəndələri də iştirak edəcəklər. Monitorinq dekabrın 30-da başa çatacaq.
Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası vaxtı ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər