23 mart 2019, Şənbə
Ana Səhifə - MEDİA - Ömrünü radioya bağlayan jurnalist
Ömrünü radioya bağlayan jurnalist
23.10.2018, 10:00

Tanınmış jurnalist, son dərəcə həssas, kifayət qədər qayğıkeş insan, əziz dost, mehriban ailə başçısı, Azərbaycan mediasında öz dəst-xətti olan İlyas Adıgözəllinin dünyaya göz açdığı, ulu Ləlvər dağının sazağını hiss etməyə başladığı gündən 80 il ötür.


O, 1938-ci il oktyabrın 15-də Gürcüstan SSR-in Borçalı (indiki Marneuli) rayonunun Sadaxlı kəndində doğulmuşdur. Doğma kəndində orta məktəbi bitirdikdən sonra seçdiyi peşənin- jurnalistikanın arxasınca Bakıya yollanmış, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olunmuşdur. Bir çoxları kimi onun da, tələbə dostlarının da bəxti gətirmiş, Həmid Araslı, Mir Cəlal, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Cəfər Xəndan, Abbas Zamanov, Məmməd Cəfər, Feyzulla Qasımzadə, Pənah Xəlilov, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Bəxtiyar Vahabzadə kimi məhşurlar onlara elmlərin əsaslarını öyrətmişlər. İlyas Adıgözəllinin iftixar hissi ilə yazdığı kimi, “bu şəxsiyyətlər biz tələbələrin ziyalı və insan kimi formalaşmasında misilsiz xidmət göstərmişlər”.


İlyas Adıgözəlli 1962-ci ildə universiteti bitirdikdən sonra təyinata görə Zaqatala rayon qəzetində işləməli idi. Lakin tale elə gətirmiş ki, Bakıda təzəcə nəşrə başlayan “Abşeron” qəzetində işə götürülmüşdür. Bir il keçdikdən sonra isə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio Və Televiziya Verilişləri Komitəsinə dəvət almışdır. Elə o vaxtdan etibarən həyatı Azərbaycan radiosu ilə bağlı olmuş və hələ orta məktəbdə oxuyarkən maraq göstərdiyi peşə ilə görüşmüşdür. Yeri gəlmişkən demək lazımdır ki, onun doğma kəndi Sadaxlıda, digər kəndlərdən fərqli olaraq, elektrik stansiyası vardı. Gündüzlər orada dəyirman kimi dən üyüdülür, axşamlar isə adətən gecə saat 12-dək kənd elektrik işığına qərq olurdu. İlk vaxtlar hamı kimi, İlyas da elektrik dirəklərinə bənd edilmiş radiodan Bakının verilişlərinə qulaq asırdı. Bir az keçdikdən sonra isə evlərə radio xətləri çəkildi və ailənin böyük uşagı kimi ilk radioqəbuledicini də özü aldı və müntəzəm olaraq verilişləri dinlədi. Bəlkə də jurnalistikaya marağı elə buradan başladı. İlyas hələ yeddinci sinifdə oxuyarkən Tbilisidə nəşr olunan “Zarya Vostoka” (“Şərqin Şəfəqi”) qəzetinə Azərbaycan dilində göndərdiyi məktubunu ilk qələm məhsulu hesab edir. Elə o məktub nəticəsində mətbuatın böyük gücünü hiss etdi. Oxuduğu məktəbdə dərs vəsaitinin çatışmadığından bəhs edən bu məktubda qaldırılan problem tezliklə öz həllini tapdı, jurnalist olmaq istəyini, mətbuata gəlişini qətiləşdirdi.


Radioda başlanan jurnalist fəaliyyəti 2007-ci ilə qədər davam etdi. Bu müddət ərzində İlyas Adıgözəlli “Araz” radiostansiyasında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, “Araz” proqramının baş direktoru, radioda şərhçi ştatlarında çalışdı. Onun apardığı canlı verilişlər dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanırdı. Mikrofon qarşısında özünü təmkinli və qətiyyətli aparması dinləyiciləri sözün həqiqi mənasında valeh edirdi.

         
Mötəbər tədbirlərdə iştirakı və həmin tədbirlərdən hazırladığı canlı verilişlər radio dinləyicilərinin böyük səbirsizliklə gözlədikləri verilişlər idi. 1971-ci ildə Sov.İKP-nin 24-cü qurultayından-Kremlin Qurultaylar sarayindan apardığı canlı verilişlər yaşıdlarının və pərəstişkarlarının yəqin ki, hələ də yadındaır. İlyas Adıgözəlli oradan verilişlərini aşağıdakı sözlərlə başlayırdı: “Danışır Moskva! Kremlin Qurultaylar sarayından reportajımıza başlayırıq...” Bəli, Moskva da azərbaycanca danışarmış! İlyas Adıgözəllinin istedadı və bacarığı sayəsində bunu da görmüşdük.


Bu dövrü İlyas Adıgözəlli belə xatırlayır: “1971-ci ildə, 24-cü qurultaya tək getmişdim. Estoniya radiosunun baş redaktoru Feliks Kazik isə jurnalistləri ilə gəlmişdi. Qurultayın açılışı günü- martın 30-da, Moskvada Kremlin saatı 10-u vurur və mən həmin an reportajımda deyirəm ki, hörmətli dinləyicilər, saat 10-dur, Kremlin Qurultaylar sarayındayıq. İndi qurultay öz işinə başlayır. Səfər Rzayev adında bir neftçimiz də qurultaya gəlmişdi, əvvəlcədən səsini yazmışdım. Lazım olan anda həmin söhbəti təqdim etdim. Gördüm ki, estoniyalı həmkarım çox dilxor vəziyyətdədir. Deyinirdi ki, mən efirə veriliş verməliyəm, ancaq çıxış tapa bilmirəm. Mən dedim ki, qurultay nümayəndəsinin səsini yazmışam, azərbaycanca danışır, mətni verərəm siz eston dilində təqdim edərsiniz, Bakıdan gələn neftçinin çıxışını verərsiniz. O çox sevindi və həmin reportajı Estoniya radiosu ilə də verdi. Radio jurnalisti öncədən işini elə tutmalıdır ki, efir anı çatanda əliboş qalmasın...”


İlyas təkcə Moskvadan deyil, Leninqraddan, Ukraynadan, Tatarıstandan, Belarusdan, Moldovadan, Özbəkistandan, Estoniyadan, Latviyadan, Litvadan, Gürcüstandan da radio reportajları aparmışdır. 1984-cü ildə Türkiyəyə, 1993-cü ildə Amerika Birləşmiş Ştatlarına səfəri heç vaxt yadından çıxmır. Bu ölkələrdə gördükləri gələcək fəaliyyətində onun köməyinə gəlmişdir.

         
İlyas Adıgözəllinin əməyi yüksək qiymətləndirilmişdir. Hələ 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. O, 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının Qızıl Qələm mükafatının laureatıdır.

         
2007-ci ildən təqaüdə çıxmasına baxmayaraq yenə də, necə deyərlər, əli işdən soyumur. Müqavilə əsasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində müqavilə əsasında proqramlar hazırlayır. Radionun tanınmış informatoru olan İlyas Adıgözəllinin fond yazıları onun bu sahədə mükəmməl bacarığa malik olduğunu təsdiq edən sənədli nümunələrdir.


İlyas Adıgözəlli yaşının 80 olmasına baxmayaraq, yenə də gənclik eşqi ilə fəaliyyət göstərir. Yazdığı 3 kitab möhtəşəm abidələrdir. “Elim-obam Sadaxlı” kitabı 2000-ci ildə “Azərbaycan” nəşriyyatında, “Əzizim Vətən yaxşı...” kitabı 2004-cü ildə “Nurlan” nəşriyyatı, “Borçalının Sadaxlı dünyası” kitabı 2014-cü ildə “Nurlar” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabların ümumi həcmi 1000 səhifəyə yaxındır. Bu kitablarda İlyas Adıgözəllinin yorulmazlığı, cəsarətliliyi, istedadı özünü büruzə verir. Faktlara münasibətində o qədər dəqiqdir ki, nəyinsə səhv gedəcəyi ehtimalı ola bilməz.


İlyas Adıgözəlli 80 yaşında belə “Araz”ı yenə də unutmur. Gəncliyində Araz üzərində inşa olunan su-elektrik stansiyasının tikintisindən hazırladığı silsilə reportajları, “Araz” redaksiyasında uzun illər can qoyması, uzaq Vaşinqtonda Güneylə Quzeydən olan iki gəncin sevgisinə Araz adının verilməsi, uzun illərdən sonra həmin Arazın müstəqil dövlətimizin ABŞ-dakı səfirliyinin açılışında iştirakı, ömrünün 80-ci baharından Güney üçün söz ünvanlayan jurnalistin əvvəl və axır sözünün Arazdan olması, hazırda Güney Azərbaycan redaksiyasında o tayda yaşayan soydaşlarımız üçün verilişlər hazırlaması və s. İlyas Adıgözəllinin radioda yaşadığı gerçək dolu anlardır.


Ad günün mübarək, böyük həmkarım, Azərbaycan Respublikasının Əməkdar jurnalisti İlyas Adıgözəlli! Sənə möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirəm!


Həmid VƏLİYEV,

Bakı Dövlət Universiteti Beynəlxalq

jurnalistika kafedrasının müdiri, professor


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

ARXİV