Modern.az

Jurnalist rektorun köməkçisi təyin olundu

Jurnalist rektorun köməkçisi təyin olundu

26 Oktyabr 2018, 15:12

Bakı Avrasiya Universitetində kadr dəyişikliyi olub.

 

Modern.az-ın məlumatına görə, 2012-ci ildən sözügedən universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri vəzifəsini tutan, tanınmış jurnalist Şəfayət Avılbəyli rektorun köməkçisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Şəfayət Avılbəyli uzun müddət müxtəlif media orqanlarında və informasiya agentliklərində redaktor, baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.

 

Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İqrar Eyvazov təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu