Modern.az

Ayaz, Kamran, Böyükağa...

Ayaz, Kamran, Böyükağa...

İqtisadiyyat

26 Oktyabr 2011, 10:57

[email protected]

Mən hələ də başa düş bilmirəm ki, biz-yəni qələm əhli özümüzü bu günə salmışıq, yoxsa bizi bu günə qoyublar ki, hər yoldan ötən üstümüzə çımxırır…

Ola bilsin ki, kimlərsə bu çımxırmaları görüb eşitməsin, amma şəxsən mən eşidirəm və həmin çımxıranların kimliyindən də xəbərim var.

Etiraf edim ki, bu yazını mənə yazdıran heç də kiminsə mənə qarşı belə davranması deyil.

Amma son günlər həmkarlarıma qarşı belə davranışların sayı xeyli artıb. Gəlin başlayaq incələmələrə…

Birinci fakt

«Xəzər Lənkəran» klubunun və futbol üzrə milli komandamızın əsas qapıçısı, bəzən mənim də tənqidlərimə və təriflərimə tuş gələn Kamran Ağayev.

Bu adam «Bakı»yla son turda keçirilən səfər matçında iki «quş» buraxdı ki, hər ikisi də «uçub qondu» tabloya. Yəni qol oldu. Srağagün isə çıxıb efirdə deyir ki, “bəzi jurnalistlər odun üstünə benzin tökürlər”. Adama deyərlər ki, ay gündüzlər top, gecələr qafiyə tutan, sən quş buraxma, od yandırma, üstünə də benzin tökən olmasın də. Gör boşu-boşuna bir «Azpetrol» benzini asfaltın üstünə töksən yanar, yox. Deməli, sən də odlamasan, benzin də yanmaz. Necə deyərlər quru divara palçıq yapışmaz.

İkincisi, Kamran oyundan sonra onu söyən azarkeşə əliylə sifətini göstərir ki, yəni sifətin yadımda qaldı, sonra görüşərik. Ona qalsa, Ronaldonu İspaniyada hər turda nə qədər adam söyür. Ronaldonu haaa… İndi durub hər oyundan sonra azarkeşlərlə «görüş yeri» təyin eləsin? Gərək, tərifə layiq oynayasan ki, söyülməyəsən. Yəni loru dildə desək, yaxşı at özünə qamçı vurdurmaz. Kamranla işimizi hələlik bitirdik.

İkinci

İndi keçək bizim şou-biznes adlı başıpozuq məkanın kişi sakini Ayaz Qasımova. Onu yol polisləri gecənin bir aləmində saxlayıblar ki, bəs niyə avtomobilinin şüşələrinə qara rəngli pərdə vurmusan? Təbii ki, bu reyddə polislərlə birgə iştirak edən jurnalistin də işi nədir? Çəkmək, yazmaq, camaata göstərmək ki, yarım saata 3-4 min pulunuzu yeyən bu gənc oğlan yüz minlik «Range Rover»də gəzir, sonra da sizdən gizlənir. Hələ üstəlik çəkiliş aparan operatora da çımxırır ki, “yığışdır onu, onsuz da sabah görüşəcəyik”. Düzünü deyim ki, həmin kadrları çəkən operatoru mən şəxsən tanıyıram və bilirəm ki, Ayaz hoppansa belə, başı onun sinəsinə ya çatar, ya çatmaz. O ki qaldı nəyəsə güvənməyinə…
Ayazla qurtarmamışdan əvvəl gəlin sizi onun dediyi sözlərlə, yəni elədiklərinə haqq qazandırmaq cəhdləriylə də tanış edim: «Rayonlara səfərlərimiz olur. Tanınmış insan olduğumuzdan istəyirik ki, camaat bizi görməsin. Ona görə də mən keçib arxada otururam».

5-6 il əvvələ kimi heç kimin tanımadığı bu adamın indiki danışığına fikir verin.  Fikir verdiniz? Di, onda başlayın… dilinizə qüvvət… kim yaxşı söyüşlər yazsa, göndərsin elektron ünvanıma, orasını-burasını düzəldib növbəti köşəmdə verəcəm getsin.

Bir də yaxşı yadıma düşdü, deyəsən oyundan sonra Kamran Ağayevi tribunadan «bəzəyən» azarkeş də jurnalist idi. Hələ Lənkəranda da Kamranı əl-əl axtaran jurnalistlər var.

Üçüncü

İndi də keçək «Neftçi» komandasının baş məşqçisi Böyükağa Hacıyevə. İndi Ayazla Kamranı hardasa az da olsa, başa düşdük ki, yaşları 25-26-dan çox deyil. Bəs bu çalsaqqala nə olub?

Müsahibəsində deyib ki, “kim nə istəyir, yazsın…”.
Yəni it hürər karvan keçər məsələsi. Böyükağa Hacıyev düz deyir, it hürər karvan keçər. Amma şəxsən mən həmin karvanın, yazar cameəsinin bir üzvü olaraq bu dəfə keçmək istəmirəm və hürən itin səsinə doyunca qulaq asmaq istəyirəm. Daha doğrusu hürəndən sonra quyruq bulamasına: «Mənim heç vaxt idman jurnalistləri ilə problemim olmayıb. Sadəcə olaraq, bu gün çox təəssüf ki, müəyyən intriqa yaradan insanlar də var. Amma mən bunu istəməzdim. Əlbəttə, mən onun tərəfdarıyam ki, həmişə məşqçilərin və komandanın işi ədalətli təhlil olunsun. Son vaxtlar baş verən olaylarla hər hansı səhvim varsa, yanlış ifadələr işlətmişəmsə, üzr istəməyə hazıram. Çünki mən hər zaman hər bir olayı düzgün dəyərləndirən insan olmuşam».

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir